Rusiyada prezident Vladimir Putinin yerinə hansısa gənc polkovnikin təyin edilməsi planları qurula bilər.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "Ukrayna 24” "YouTube" kanalında Nataşa Vlaşçenkoya müsahibəsində rusiyalı siyasətçi və hüquqşünas Mark Feyqin bildirib.
"Bununla bağlı heç bir şübhə yoxdur. Əsas orqan Rusiya Federasiyası FTX-nin kollegiyasıdır ki, bu kollegiyaya onların hamısı - Bortnikovdan tutmuş bütün digər liderlər daxildir. Təbii ki, onlar belə planlar qura bilərlər. Sözsüz ki... Və "necə", və "nə" və "əgər" hallarını nəzərə ala bilərlər. Bəs əgər Putin sabah ölsə? Bu da ola bilər - onlar onu mütləq vəzifədən uzaqlaşdırmayacaqlar. Və belə bir polkovnik lazım olacaq - bütün məsələ budur - sadəcə olaraq, burada vəziyyət fiziki olaraq belə formalaşıb" - deyə Feyqin izah edib.
Feyqin əlavə edib ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsi işğalçı ölkənin hərbi rəhbərliyinin, xüsusən də Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərlərinin qorxaqlığını göstərib. Söhbət Şoyqu və Gerasimovdan gedir.
"Yəni, onlar tamamilə heç nədirlər... Yaxşı, hamı dedi: "Onlar buna qarşı çıxmalıdırlar, ordu məhv edilib, institutları dağıdılıb”... Amma heç nə... Biz onllar tərəfdən heç bir hərəkət görmədik. Bu, sadəcə, mütləq iqtidarsızlıqdır”- deyə rus siyasətçi vurğulayıb.
Bundan əvvəl KİV Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Putinin mümkün varisi ola biləcəyini yazmışdı...