Bu günlərdə redaksiyamıza Daşınmaz Əmlak Reyster xidməti 15 saylı Tovuz ərazisi idarəsindən şikayətlərlə dolu müraciətlər daxil olur.Müraciətlərdə adıçəkilən ərazidə yerləşən vətəndaşların hüquqlarının pozulmasından bəhs olunur.Belə ki, vətəndaşlar çıxarış almaq üçün tələb olunan hər nə varsa ,ödəyir.Lakin beş günlük vaxt qoyulan sənədlər aylarla qalır həmin idarədə .Sənəd sahibləri cox gedib gəldikdən sonra isə,”imtina” gəlir.Sonra vətəndaşlar öyrənirlər ki,adı çəkilən idarəyə bir il bundan əvvəl Şəmkir rayonundan eyni adlı vəzifədən, qeydiyyat şöbə müdiri vəzifəsinə təyin olunan, Məhəmmədiyyə Vəliyev gəldiyi gündən 15 saylı Tovuz DƏRXİ-ndə durumu acınacaqlı vəziyyətə düşüb.Məhəmmədiyyə müəllim Şəmkir əhalisi ilə Tovuz-Qazax bölgəsini qarışdırıb.Şəmkir bölgəsi bəlli ki,iqtisadi cəhətdən xeyli irəlidədir.O rayonda rüşvətə öyrənmiş Məhəmmədiyyə Vəliyev sahiblərinə "imtina”adı ilə qayıdan sənədlər üçün guya "yuxarıya”sənədin arasında pul getməlidir ki,oradan sənəd üzü qara qayıtmasın.Çox ilginc. Axı tələb olunan bütün sənədlər olduğu halda ,rüsum ,xidmət və s.haqları ödənildiyi halda, Məhəmmədiyyə müəllim yuxarı nə haqqı göndərməlidir.
Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında hətda rəsmi sərəncamlarla sahibkarlığı inkişaf etdirmək üçün (xususəndə kənd təsərüfatı iqtisadiyatını )vahid pəncərə yaradılmasını tapşırdığı halda, Azərbaycan Əmlak Məsələləri Dövlət komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət reysteri Xidməti idarəsinbdə pəncərələri daha da cöxaldır və daha çox sənədlər almaqla yanaşı ,hələ üstəlik şapka almadan heç bir çıxarış vermirlər. Sanki bu idarənin məmurları bu millətə yağı kəsiliblər. Bu günlərdə redaksiyamıza daxil olan iki müraciətdə ,Qazax rayonunda İH başçısının sərəncamı ilə kənd təsərüfatı ilə məşğul olmaq üçün ayrılmış, 1 ha və 1,5 ha torpağın sahibkarı artıq bir ildən cöxdur torpağının çıxarışını bütün istənilən sənədləri haqları təqdim etməsinə baxmayaraq,Məhəmmədiyyə müəllimə şapka vermədiklərinə görə, çıxarış ala bilmirlər.Bu və ya digər barədə gələn sayımızda ətraflı yazacağıq.Hələlik isə ümüdvarıq ki ,aidiyyatı təşkilatlar yazdıqlarımız barədə bir ölçü götürüb ,Tovuz -Qazax vətəndaşlarını bu xəstəlikdən azad edər və ölkə prezidentinin siyasətinin üstünə qara kölgə salmaq istəyən dövlət məmurlarını da layiqincə cəzalandırmış olarlar.
Mövzuya qayıdacayıq.
Qarşı tərəfində fikrini dərc etməyə hazırıq.
Neymət Novruzlu.