Şəfəqə Doğru » Manşet » İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO+VİDEO

İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO+VİDEO

İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı - FOTO+VİDEO

Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində iki qrup arasında baş verən silahlı insident nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb.

 Məlumata görə, xəsarət alanlardan bir tanınmış azərbaycanlı aktyor Kamran Dadaşzadədir. Onun həyati təhlükəsinin olduğu və vəziyyətinin kritik olduğu öyrənilib.

Münaqişə zamanı bir nəfərin polisin silahını götürərək qarşı tərəfə atəş açması kameraya əks olunub. 

Davaya müdaxilə etmək istəyən polis məmuru boyun və kürəyindən xəsarət alıb.

Toqquşmada Zahide Bozan, Fatih Çakırtaş, Ahmet Memiş, Suat Alp, Ahmet Korkular, Kamran Dadaşzadə və İbrahim Halil Küçükyılmaz yaralanıb. 

Hadisə yerinə çox sayda polis gəlib.

Məlum olub ki, Polat Öztürk, Ayhan Öztürk, Mahmut Korkular və Remzi Korkular arasında əvvəllər də düşmənçilik olub.

Hadisə yerində onlarla şübhəli insan saxlanılıb.

Qeyd edək ki, yaralanan aktyor Kamran Dadaşzadə "Savaşçı" filmində rol alıb. Onun fotosunu təqdim edirik: