Şəfəqə Doğru » Manşet » “Səlimin səhhəti çox pisdir, dünəndən ağlayırıq” - Atası

“Səlimin səhhəti çox pisdir, dünəndən ağlayırıq” - Atası

“Səlimin səhhəti çox pisdir, dünəndən ağlayırıq” - Atası

"Səlimin xəbərini eşidəndən özümüzə gələ bilmirik. Dedilər səhhəti çox pisdir. Dünəndən ağlayırıq, əlimizdən dua etməkdən başqa heç nə gəlmir".
 
Shafaqadogru.com Hit.az-a isdinadən  xəbər verir ki, bunu sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov modern.az-a açıqlamasında bildirib. O, oğlunun hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb: "Səlimin təzyiq, şəkər problemləri var idi. Bizdə bu xəstəliklər irsidir. Atam da təzyiqdən rəhmətə getdi. Kiçik qardaşım "Narxoz"da oxuyanda cavan yaşında o xəstəlikdən keçindi. Mən özüm danışmasam da, uşaqlar həkimlərdən xəbər alır. Deyirlər ki, təzyiqi, şəkəri çox yüksəlib, amma həkimlər nə lazımdırsa, edirlər. Allaha pənah, inşallah sağalar".

Qeyd edək ki, S. Müslümov 1 ildən çoxdur ki, həbsdədir. O, ötən ilin fevralında DTX tərəfindən saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub. O bir neçə gün öncə səhhətindəki problemlərə görə, saxlanıldığı DTX təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

S.Müslümov 2013-2021-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.