Şəfəqə Doğru » Manşet » Goranboydakı sellə bağlı RƏSMİ AÇIQLAMA/VİDEO

Goranboydakı sellə bağlı RƏSMİ AÇIQLAMA/VİDEO

Goranboydakı sellə bağlı RƏSMİ AÇIQLAMA/VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən əvvəlcədən xəbərdarlıq edildiyi kimi, bu gün gündüz saatlarından başlayaraq respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib.

 

Shafaqadogru.com-un  məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Tural Abbaslı bildirib ki, "112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, güclü yağış nəticəsində Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçib və bəzi əraziləri su basıb.Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub.

 

Hazırda göstərilən ərazidə selin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

FHN bir daha əhaliyə müraciət edərək davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.