Şəfəqə Doğru » Manşet » "Rusiyada belə fikir formalaşıb ki, avqust ayında mütləq nəsə baş verməlidir..."

"Rusiyada belə fikir formalaşıb ki, avqust ayında mütləq nəsə baş verməlidir..."

"Rusiyada belə fikir formalaşıb ki, avqust ayında mütləq nəsə baş verməlidir..."
Rusiya üçün sehrli ay: Feyqin Ukraynada dönüş məqamının baş verəcəyi tarixi açıqlayıb...
 
"Ukraynanın Xersona hücuma hazılaşdığı inandırıcı görünür..."
 
"Kiyevdən, Sumıdan sonra Xersonun azad edilməsi Rusiya ordusuna vurulan mənəvi zərbə olacaq..."
 
Rusiyalı hüquq müdafiəçisi Mark Feyqin Xerson istiqamətində hərbi əməliyyatların gedişini şərh edib.
 
Moderator.az xəbər verir ki, o, bu barədə "24 kanal"a verdiyi müsahibəsində danışıb.
 
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Xersona hücuma hazırlaşdığı "çox inandırıcıdır".
 
"Özünüz düşünün: iki gün ərzində Antonov körpüsü açıq-aydın atəşə tutulur. Düşünürəm ki, hər halda ukraynalı hərbçilər bunu həll edə bilər", - Feyqin deyib və qeyd edib ki, USQ-nin "səliqəli, asta" hücumuna hazırlığın əlamətləri həmçinin "Vısokopolye həlqəsi"dir, üç rusiyalı taktiki tabor qrupu Xerson yaxınlığındakı Vısokopolye qəsəbəsi rayonunda operativ mühasirəyə düşüb.
 
"Heç bir dəqiq informasiya yoxdur, lakin görünür ki, min nəfərdən ibarət rusiyalı hərbi qulluqçular mühasirə həlqəsinə düşüb. Yəni orada hansıda keçid var, amma o, tamamilə atəş altındadır-gedəcəksən, yoxa çıxacaqsan".
 
Ukraynalılar üçün Xersona hücumun nə zaman daha yaxşı zamanının gələcəyi barədə mövzudan danışarkən, Feyqin bəyan edib ki, bunu növbəti ayda etmək daha yaxşı olardı.
 
"Rusiyada ən pis şey avqustda baş verib: avqust qiyamı, "Kursk" gəmisinin batması, teleqüllənin yanması avqustda baş verib. Hər şey avqustda baş verir", - rusiyalı hüquq müdafiəçisi xatırladıb və əlavə edib ki, Rusiyada bu aydan çəkinirlər. Rusiyada belə fikir formalaşıb ki, avqustda mütləq nəsə baş verməlidir", - Feyqin deyib.
 
O, əmin olduğunu bildirib ki, Ukrayna ordusu tərəfindən Xersonun azad edilməsi Kiyevdən, Sumıdan sonra Rusiya ordusuna vurulan miqyaslı mənəvi zərbə olacaq.
 
"Burada elə vəziyyət yaranacaq ki, ordunun özünü necə aparması o qədər də aydın olmayacaq. Putin ucadan deyəcək: "Eyb etməz, gəlin, davam edək! Şərqə hücum edəcəyik!" Amma belə bir şey baş verərsə, ordunun mənəvi ruhu çox sınacaq", - ekspert deyib və əlavə edib ki, rusiyalıların Xersonda məğlubiyyəti Putinin ətrafını üzdəniraq "xüsusi hərbi əməliyyat"dan və bütövlükdə, Kremlin aqressiv siyasətindən narazılığını artıracaq. 
 
Feyqin belə bir inam ifadə edib ki, Ukrayna Xersonun rusiyalılardan tam azad edilməsindən NATO-ya birləşdirilmək istiqamətində yararlana bilər. O, belə planı fantastik, amma tamamilə real adlandırıb.
 
"Bu gün fantastik adlandırıla biləcək heç nə yoxdur. Kim Rusiyanın Ukraynaya qarşı müharibəsinə inanıb? Hərçənd, biz bu barədə bilirdik. Lakin çoxları bunu   baş verməsinə inanmaq istəmirdi. Burada da belədır, yeni şəraitdə hər şey mümkündür", - Feyqin deyib.
 
Ekspert əlavə edib ki, bu, Ukraynaya qarşı nüvə silahının istifadə edilməməsinə zəmanətlər alınması şərtilə bir növ NATO-ya qismən daxil olması demək olacaq.
 
Öz növbəsində NATO  Rusiyaya qarşı müharibəyə daxil olmamaq öhdəliyi götürür, amma Ukraynaya yardım etməkdə davam edir.