"Nüvə müharibəsi heç vaxt başlamamalıdır. Bu müharibədə qalib olmayacaq".
Bunu ABŞ Prezidenti Co Bayden Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.
“Nüvə müharibəsində qaliblər ola bilməz və bu müharibə heç vaxt başlamamalıdır. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü yanvar ayında bu prinsipə sadiqliklərini bir daha təsdiqləyiblər”, - deyə Bayden vurğulayıb.
ABŞ Prezidenti hazırda həyəcanverici tendensiyaların müşahidə olunduğunu da qeyd edib.