Ermənistanın Hindistanla silah, o cümlədən "Pinaka" yaylım atəşi raket sistemlərinin(YARS) alınması haqda artıq müqavilə bağladığı barədə məlumatlar yayılıb.
Shafaqadogru.com xəbər verir ki, erməni teleqram-kanallarının bəzi Hindistan KİV-nə istinadla yaydığı məlumata görə, yaxın vaxtlarda Ermənistan Hindistan istehsalı olan "Pinaka" YARS-ları və onlar üçün raketlərin tədarükünə başlayacaq.
Müxtəlif döyüş başlıqları olan raketlərin atış məsafəsi 37,5 km-dən 60 km-dəkdir. Modernləşdirilmiş raketlər isə 90 və 120 km məsafəyə uça bilir. Bu YARS-da 44 saniyəyə buraxıla bilən 12 raket var. Həmin sistemlər uzaqdan idarəetməyə də malik ola bilər.
Silah təarükü ilə bağlı Ermənistan-Hindistan müqaviləsinnin məbləğinin təxminən 250 milyon dollar olduğu bildirilir.
Məlumdur ki, 6 buraxılış qurğusu, 6 doldurucu maşın, 3 əlavə avtomobil, 2 komanda məntəqəsi və bir hava radarı 54 milyon dollara başa gəlib.
Bundan əvvəl Ermənistan artıq Hindistandan "Swathi" əks-batareya radio-lokasiya radarını alıb.