Şəfəqə Doğru » Manşet » Vardanyan Ağdam yaxınlığına gəldi - FOTOLAR

Vardanyan Ağdam yaxınlığına gəldi - FOTOLAR

Vardanyan Ağdam yaxınlığına gəldi - FOTOLAR

Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gələn erməni milyarder Ruben Vardanyan bu gün Xocalı rayonunun Xanabad kəndinə səfər edib.

Xankəndindəki separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, bu barədə Ruben Vardanyan öz "Facebook" səhifəsində yazıb.

Rusiyalı iş adamı Azərbaycan ordusuyla təmas xəttindəki Xanabad kəndindəki erməni sakinlərlə görüşüb və onların problemləri ilə maraqlanıb, onları bundan sonra da “öz kəndlərində yaşamağa” ruhlandırmağa çalışıb.

 Vardanyan öz  postunda “bütün çətinliklərə  baxmayaraq şikayətlənməyən və düşmən nişangahı altında yaşamağa davam edən bu insanların iradəsinin sınmayacağına ümidli olduğunu” ifadə edib.