Şəfəqə Doğru » Manşet » Ukraynada daha 12 İran istehsalı PUA MƏHV EDİLDİ

Ukraynada daha 12 İran istehsalı PUA MƏHV EDİLDİ

Ukraynada daha 12 İran istehsalı PUA MƏHV EDİLDİ

“Son sutkada Ukrayna Silahlı Qüvvələri İran istehsalı olan 12 PUA-nı məhv edib”.

Shafaqadogru.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

Qeyd olunub ki, həmçinin Rusiyanın 2 hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib:

“Bundan başqa, 12 nəzarət məntəqəsi, canlı qüvvə, silah-sursat və hərbi texnikanın cəmləşdiyi 17 ərazi, eləcə də düşmənin 20-dən çox digər mühüm obyekti vurulub”.

Həmçinin bildirilib ki, Belarusun müdafiə-sənaye kompleksi artıq döyüş əməliyyatları zamanı zədələnmiş Rusiya texnikasının təmiri ilə məşğuldur.

“Ötən sutka ərzində Rusiya tərəfi 1 ballistik və 28 qanadlı raket atıb. Qanadlı raketlərdən 2-si məhv edilib”, – deyə Baş Qərargahdan qeyd olunub.