Şəfəqə Doğru » Manşet » Milli Şura növbəti dəfə “Monarxiyaya yox! Talana son!” dedi FOTO VİDEO

Milli Şura növbəti dəfə “Monarxiyaya yox! Talana son!” dedi FOTO VİDEO

Milli Şura növbəti dəfə “Monarxiyaya yox! Talana son!” dedi FOTO VİDEO
 


Aksiya "Koroğlu” uverturasının səsləndirilməsiylə başa çatdı.

 
 
 

Hazırda çıxış üçün söz Milli Şuranın sədri Cəmil Həsənliyə verilib: "11 sentyabrın da, 17 sentyabrın da qlibi sizlərsiz var olsun millətimiz. Mitinqlərimizin hədəfi millətin haqqı və hüququdur. Var olsun millətimiz. Biz bura 19-ci ildə qaldırılmış cumhuriyyət bayrağının, ideyalarının müdafisinə toplaşmışıq. Vaxtı ilə babalarımız heçdən bir bayraq ucatdılar. O zaman Avropa siyasətçiləri Azərbaycandakı vəziyyəti görəndə öz hökumətlərinə yazırdılar ki, burada elə bir hökumət qurulub ki hamıya nümumə ola bilər. İndi o dövlətin Konstitusiyasını dəyişirlər. Əcaba bu Konstitusiya sizin nəyinizə mane olurdu?”.

Aparıcı çıxış üçün sözü "Azadlıq” qəzetini baş redaktorunun birinci müavini Rahim Hacıyevə verdi. Mitinq iştirakçılarına fədəkarlıqlarına görə təşəkkür edən R.Hacıyev vurğuladı ki, amma dəyişikliklər üçün daha böyük fədəkarlıqlar etmək gərəkdir: "Bu yağışın bir rəmzi mənası da var. Deməli ölkə bütün çirkablardan təmizlənir. 11 sentyabr və 17 sentyabr ərəfəsi hakimiyyət böyük narahatlıq keçirdi. Bu ilk növbədə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində ölkədə yaranmış ağır sosial-iqtisadi durumla bağlıdır. Bu ölkədə istehsal adına heç nə yoxdur ki, onu satıb valyuta əldə edəsən. Ölkədəki sosial-iqtisadi vəziyyət siyasi proseslərər təsir edəcək və sonda bu proselərdə Azərbaycan xalqı qalib gələcək”.

Çıxış üçün söz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədlidədir: "Bu gün ölkədə monarxiya yaratmağa çalışırlar. Salam olsun bizim qəhrəman oğullarımıza. Nardaran işiylə bağlı aparılan məhkəmə prosesiylə bağlı materialları oxumaq, prosesi izləmək asan deyil”.

Seyirçi olmaq şərin dəyirmnına su tökməkdir

R.Əhmədli H.Bağırzadənin mitinq iştirakçılarına müraciətini oxudu: "Bu gün birlik həmrəylik günüdür. Bu gün susmaq olmaz. Bu gün rejim Stalindən daha ağır zülmlər edir. Azərbaycandakı rejimin də din pərdəsi yırtılıb. Kim bu rejimə dəstək verirsə, bilsin ki, küfrə dəstək verir. Bütə itaət edir. Bu gün günahsız insanlara zülm edən bu hakimiyyətdir. Bu hakimiyyət açıq bilirdi ki, mən demokratik düşərgəyə dəstək verirəm. Milli Şura bu xalqındır və zülmə etiraz edən yeganə qüvvədir. Bunlara seyirçi olmaq şərin dəyirmnına su tökməkdir”.

"Xalq mübarizəsinin yeni mərhələsinə qədəm qoyub”

AXCP sədrinin müavini Gözəl Bayramlı : "11 sentyabr mitinqi bu hakimiyyəti qorxuya salıb. Mitinqə gələn insanların yolları kəsilib. Saatlıda, Sabirabadda, Sumqayıtda mitinqə gələnlərin qarşısı alının. Ağsuda onlarla insanlar geri qaytarılıb. Digər rayonlarda da vəziyyət belədir. Neçə-neçə mitinq təşkilatçıları həbs olunub. Bu hakimiyyət 23 ildir ki Azərbaycan xalqına zülm edib. Hakimiyyət hiss edir kİ. xalqın oyanışı baş verib. Və xalq biraraya gələcəyi təqdirdə bu hakimiyyəti tarixin arxivinə yolayacaq. Bu hakimiyyət xalqı bir parça çörəyə möhtac edib. Biz biq xalq olaraq azadlıq yolumuzdakı baryer olan bu hakimiyyəti önümüzdən götürməyə nail olacağıq. Mitinq əleyhinə təbliğat aparırılar. YAP-ın baş bilənləri deyirlər ki, bu gün bu meydana 100 nəfər toplaşacaq. Elə bil meydana çıxan yüzlər, kinlər bu xalqın nümayəndələri deyilə. Bunla xalqla belə davranırlar. Budur onların xalqa münasibəti. Azərbaycan xalqı mübarizəsinin yeni mərhələsinə qədəm qoyub”.

İstiqlalçı deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli bildirdi ki, bu şərəfli yolu gedənlərə, respublika tərəfdarlarına sağol dedi: "Əziz mitinq iştirakçıları, Azərbaycan tarixi gün yaşayır. Qarşıda bizi tarixi seçim gözləyir. Zaman-zaman hakimiyyət xalqı belə seçimə çəkib. Üç dəfə Konstitusiyanı dəyişərək sülalə hakimiyyətinin ömrünü uzatmağa çalışıblar. Biz ya azad respublikanın vətəndaşları, ya da monarxiyanın təəbəsi olacağıq. Siz Azərbaycanın ən cəsarətli insanlarısınız. Heç nədən çəkinmədən bu meydana gəlib haqq səsinizi ucaldırsıznı. İndi mən Sizdən soruşuram monarxiyaya nə deyirsiniz?”.

Bu sual aksiya iştirakçılarının "yox” şüarını səsləndiməsinə səbəb oldu.

Aparıcı çıxış üçün sözü hazırda həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmura verdi. "Fuad Qəhrəmanlı öz salamını Sizlərə yetirdi. Amma mən düşünmürəm təkcə Fuad Qəhrəmanlının adından danışmağa haqqım çatar. Mən buradan bütün siyasi məhbusların adından Sizə müraciət edirəm. Mən rejimin mahiyyətini ifşa edən 17 nəfər məhbusun adından danışa bilərəm. Biz özümüzü siyasi məhbusların yaxını sayırıq. Amma bizim durumumuz sizdən fərqlənmir. Bizə təsəlli o olar ki, bizim həbsdə olanların yerini doldurasız. Mən şadam ki, təbiətin şıltaqlığına baxmayaraq Siz burdasız.

Hakimiyyətdikilər özlərini ən bacarıqlı kimi qələmə verməyə çalışırlar. Xeyir bu belə deyilə Onlar bu ölkənin ən bacarıqsızıdır. Çəkilin gedin ki, həqiqi bacarıqlılar bu ölkəyə rəhbərlik edib onu inkişaf etdirsinlər. Tale Bağırzadə məhkəmədə ifadəsində bildirdi ki, ona işgəncə verəndə deyiblər ki, "çağır Allahını gəlsin”. Bu hakimiyyət artıq Allaha meydan oxyur. Biz buna dözəcəyikmi?”.

Aparıcı çıxış üçün sözü AXCP sədri Əli Kərimliyə verdi: "Ey təbiətin şıltaqlığına, bağlı yollara baxmayaraq bütün maneələri aşa bilən Azərbaycanın mərd oğulları Sizə eşq olsun salamlayıram. 11 sentyabrda nümayiş etdirdiyiniz izdihamla bu hakimiyyəti necə qorxutmusunuzsa tam 6 gündür ki, mitinqə qarşı olmazın üsullarından istifadə edib kampaniya aparırlar. Dünənə qədər deyirdilər ki, bu ölkədə müxalifət yoxdur. Amma bu gün qorxularından Bakıya gələn bütün yolları bağlayıblar”.

"Mitinq iştirakçılarının İlham Əliyevə mesajı var”

Ə.Kərimli bildirdi ki, mitinqin təşkilatçıları olan AXCP-nin 51 funksionerini həbs ediblər: "Biz bu həbslər barədə məlumat verib Sizi narahat etmədik. Həbslər davam etdikcə, yollar bağlandıqca, yağış yağdıqca belə təkliflər gəlirdi ki, bəlkə mitinqi təxirə salaq. Azadlığı o millət haqq edir ki, həmin həbslərə gülə-gülə gedir. Əziz dostlar biz yağıça, qara, soyuğa qalib gəlməyi öyrənməsək necə bu zülmkarlara qalib gəlməyi öyrənəcəyik. Biz 88-ci ildə noyabr gecələrinin birində çox ciddi şaxtalı bir gecə oldu. Həmin zaman insanlar meydanı yavaş-yavaş tərk etməyə başladılar. O zaman biz gənclər qurşaqdan yuxarı soyunub "biz ölərik meydanı tərk etmərik” şüarını səsləndirdik. O zman meydanı tərk edənlər də geri döndü. Biz ilk növbədə bunlara qalib gəlməliyik”.

Ə.Kərimli bildir dki, bu korrupsionerlər indi, 23 illik sülalə hakimiyyətlərini qanuniləşdirmək istəyirlər: "Bura toplaşanların İlham Əliyevə mesajı var. Biz Konstitusiyanın onun və ailəsi üçün dəyişdirilməsinə "yox” deyirik. Biz bu Konstitusiya dəyişikliklərini millət olaraq özümüzə həqarət sayırıq. Hansı xalqa çıxıb demək olar ki, gəlin səsverməyə sizin mülkiyyət hüququnuzu əlinizdən alacağıq, dəyişilikləri Konstitusiyaya daxil edin sonra Sizin hökumət seçmək hüququnuz olmasın. Hansı lider öz xalqına bunu rəva görər. Ona görə biz bu dəyişikliklərə "yox” deyirik. Bundan sonra xalqın pullarını oşorlara çıxarmağa imkan verilməyəcək. Bu ölkədə dəyişiklilər olmazsa olmazdır. Qətiyyən şübhəm yoxdur ki, başlamış bu proses qələbə ilə yekunlaşacaq. Çünki qanun, haqq bizim tərəfimizdədir. Qələbə də bu millətlə olacaq. Eşq olsun Sizlərə”.

Milli Şura rəhbərliyi artıq tribunada öz yerini alıb. Mitinqin aparıcısı AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyndir. Mitinq dövlət himnini səsləndirilməsi ilə açıq elan edildi. "Düz altı gündən sonra yenidən bu meydanda toplaşdıq ki, "talana yox”, "monarxiyaya yox” deyək. Bizdən soruşurlar ki, niyə məhz "Məhsul” meydanında aksiya keçirirsiniz. Biz bu kiçik ərazidən vətən boyda əraziyə xtab edirik. Bütün vətəndaşlarımıza azadlıq tələb edirik. Bu Məhsul stadionu futbol meydançası ola bilər. Əsas odur ki, biz bura zülmün apısına qol vurmağa yığışmışıq”.

Milli Şuranın "Monarxiyaya yox! Talana son!” mitinqi bir neçə dəqiqədir ki, başlayıb. Mitinqlə bağlı yeni məlumatlar ən üstdə olacaq.

***

Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı növbəti etiraz mitinqi keçiriləcək. Mitinq Bakının Yasamal rayonundakı "Məhsul” stadionunda ("İnşaatçılar” metrostansiyasının yanı) olacaq. Aksiya saat 15.00-dan 17.00-a qədər elan olunub. Mitinqin əsas şüarı "Monarxiyaya yox! Talana son!”dur.

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edəcək.