Şəfəqə Doğru » Manşet » Tanınmış uşaq həkimi vəfat etdi - FOTO

Tanınmış uşaq həkimi vəfat etdi - FOTO

Tanınmış uşaq həkimi vəfat etdi - FOTO

Respublikada tanınmış pediatr Cabbar Mustafayev dünyasını dəyişib.

Shafaqadogru.com  məlumatına görə, bu barədə mərhumun dostları bildiriblər.

Həkimin qara ciyər xəstəliyindən vəfat etdiyi bildirilir.

Cabbar Musayev Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirdikdən sonra 1994-2000-ci illərdə Şəki Mərkəzi Rayon Uşaq Xəstəxanasında həkim-pediatr işləyib.

2000-2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzdində xüsusi əlahiddə taborda tibbi xidmət rəisi, 2002-2007-ci illərdə Şəki şəhər uşaq xəstəxanasında, 2011-2012-ci illərdə “Atlas” Tibb Mərkəzində, 2012-2015-ci illərdə “Baku City” Hospitalda həkim-pediatr kimi fəaliyyət göstərib.

Baku Tehran Tibb Mərkəzində, Ege Hospitalda həkim-pediatr işləyib.

Allah rəhmət eləsin.