Şəfəqə Doğru » Manşet » "İqtisadi artım öhdəliyi birbaşa dövlətin üzərinə düşən məsələdir" - Ekspert danışır

"İqtisadi artım öhdəliyi birbaşa dövlətin üzərinə düşən məsələdir" - Ekspert danışır

"İqtisadi artım öhdəliyi birbaşa dövlətin üzərinə düşən məsələdir" - Ekspert danışır

Artıq bir müddətdir davam edən Rusya Ukrayna müharibəsi fonunda enerji qiymətlərinin xüsusən brend markalı neft həmçinin təbii qazın qiymətinin bir neçə ilə maksimuma çatması, o cümlədən əmtəələrin ayrı-ayrı əmtəə növlərinin qiymətinin yüksəlməsi dünya iqtisadiyyatına tələblə bağlı müəyyən bir narahatlıqlar formalaşdırmaqdır. Bu narahatlıqlar fonunda da biz yaxın müddət ərzində dünya iqtisadiyyatının geriləyəcəyi ilə bağlı müəyyən proqnozlara rast gəlirik.
Ayrı-ayrı ölkələrdə bu geriləmələr müxtəlif olduğuna görə, biz daha çox diqqətimizi dünya iqtisadiyyatının əsas lokomotivi həmçinin global iqtisadiyyatın 5/1 hissəsini təşkil edən ABŞ iqtisadiyyatına yönəltmiş olur. Belə ki,ABŞ İqtisadiyyatı Təhlil Bürosunun cari ilin ikinci rübü üçün verdiyi məlumatlara görə, ABŞ iqtisadiyyatı ilin ikinci rübündə 0.6 faiz geriləməyə məruz qalmışdı. Hansı ki, ilin 1-ci rübündə bu daralma 1.6 faiz-ə bərabər olmuşdu və İqtisadi Təhlil Bürosunun metodologiyasına əsasən əgər iqdisadiyatda ardıcıl 2 rüb ərzində geriləmələr müşahidə olunursa, bu iqtisadiyyatın tənəzzüldə olması anlamına gəlir. Yəni,ümumi daxili məhsul dəyişməzsə ardıcıl iki rüb ərzində daralır. Bu iqtisadiyyatın resessiyada olduğunun ən bariz nümunələrindən biridir.

Shafaqadogru.com  məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pünhan Musayev bildirib ki, eyni zamanda iqtisadiyyatın artım tempindəki, göstəricilərdən başqa biz, istiqraz bazarlarına ABŞ iqtisadiyyatının əsas hissəsini təşkil edən qiymətli kağızlar bazarına da diqqət yetirə bilərik.

“Belə ki, artıq bir neçə aydır ki, ABŞ xəzinədarlığının qiymətli kağızları bu həm 10 illik həm də, 2 illik dövlət istiqrazları fonunda biz bunu müşahidə edə bilərik ki, bu iki qiymətli kağızın gəlirlilik əyrisi arasındaki fərq mənfi zonaya qədəm qoymuşdu. Həmçinin mənfi zonadan əlavə olaraq, gəlirlilik arasında müəyyən bir yayılma da baş verməkdədir. Artıq 50 ildir qəbul olunmuş metodologiyaya əsasən hər iki qiymətli kağızın gəlirliliyi arasında mənfi spred böyüdükcə iqdisadiyatın yaxın vaxtlar ərzində tənəzzülə girəcəyi və yaxud da elə tənəzzüldə olduğunun əlamətinin göstəricisidir” - deyə iqtisadçı qeyd edib.

Pünhan Musayev bildirib ki, əsas məqam yenə də ABŞ- da davam edən monetar sərtləşmədən iləri gəlir. Belə ki, xüsusən inkişaf eləmiş ölkələrdə həmçinin elə ABŞ- ın özündə də Mərkəzi Bank öncədən iki mandat qəbul edir. Bu işsizlik səviyyəsi və inflyasiyanın səviyyəsidir. Maksimum məşğulluğa nail olmaq, həmçinin sabit aşağı rəqəmli inflyasiyanın təmin edilməsi kimi də biz bunu ifadə edə bilərik.

“Yəni digər tərəfdən biz baxdıqda mərkəzi banklar heç də iqdisadi artım öhdəliyini götürmürlər. İqtisadi artım öhdəliyi birbaşa dövlətin üzərinə düşən məsələdir. Bunu müəyyən fiskal orqanlar uzunmüddətli konsepsiyalarla həyata keçirirlər. ABŞ Mərkəzi bankı FED-də artıq iqdisadiyyatın ressesiya mərhələsində olduğunu qəbul edərək, bir neçə on illiyin zirvəsinə çatan inflyasiya səviyyəsi səngitmək üçün davamlı olaraq, faiz dərəcələrini artırır. Məsələn mart ayından bəri FED-in iclaslarında bir neçə addım üzrə 300 bənd civarında faiz artımları qeydə almışdır. Hansı ki, bu faiz artımları həm ABŞ bazarlarında, həm də dünya miqyasında dolların artıq Mərkəzi Banka qaytarılmasını, yəni dollarla borclanmanın çətin olduğu mənasını verir. Yəni artıq biznes-iqtisadiyyatların əvvəlki qədər maliyyə təminatına əl çatanlıqları mövcud deyil. Bu olmadığına görə nəticədə iqtisadiyyatlar da müəyyən bir geriləmələrə məruz qalırlar. Hətta son statistikaya görə, sentyabr ayının göstəriciləri üzrə, ABŞ iqtisadiyyatında inflyasiyanın 8.2 faizlə yenidən 40 illiyin maksimum zirvəsində qalması FED-in növbəti mərhələlərdə də faiz dərəcələri artımlarına getməsini göstərir”,- deyə Pünhan Musayev qeyd edib.

İqtisadçı hesab edir ki, proqnozlar növbəti aylarda da ən azı 2023-cü ilin ilk yarısına qədər FED-in sərt monitar mövqedə qaldığına işarə edir. Bu, sərt monitar mövqedə təbii olaraq, iqtisadiyyatın müəyyən qədər geriləməsinə və yaxud da iqtisadi artımın hələ bir müddət də ləngiyəcəyinə işarə verməkdədir.

Pünhan Musayevin fikrincə, ABŞ iqtisadiyyatının da dünyanın lokomotiv iqdisadiyatlarından biri olması, həmçinin dünya iqtisadiyyatına global payda onun tutduğu mövqe periferik iqdisadiyatlara da müəyyən qədər təsir göstərəcəkdir. Bu iqdisadiyatların da ayrı-ayrılıqda domino effekti ilə iqtisadi daralmaya məruz qalması, yekun olaraq dünya iqtisadiyyatında geriləmənin sürətini bir qədər də artırmış olacaq.