Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, uçuş zamanı iki qağayı “Su-34″ün mühərriklərinə daxil olub.
“Bu hal təyyarənin mühərriklərindən birinin alışmasına və qəzaya uğramasına səbəb olub”, – rəsmi açıqlamada deyilir.
Xatırladaq ki, Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 3-ü uşaq olmaqla 15 nəfər dünyasını dəyişib.