Şəfəqə Doğru » Manşet » İsrail prezidenti İranı müzakirə etmək üçün ABŞ-a GETDİ

İsrail prezidenti İranı müzakirə etmək üçün ABŞ-a GETDİ

İsrail prezidenti İranı müzakirə etmək üçün ABŞ-a GETDİ

İsrail prezidenti İsaak Hersoq Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Baydenlə "İran təhlükəsi"ni müzakirə etməyi planlaşdırır.

Shafaqadogru.com  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident uçuşdan əvvəl deyib.
 

İsaak Hersoq Co Baydenin dəvəti ilə ABŞ-a səfərə gedib. Səfər zamanı Baydenlə Ağ Evdə görüş, həmçinin Amerika administrasiyasının nümayəndələri, Konqres rəhbərliyi və Amerika yəhudi icmasının təmsilçiləri ilə görüşlər nəzərdə tutulub.
 

“Prezident Bayden və yüksək səviyyəli administrasiya rəsmiləri və Konqres liderləri ilə planlaşdırılan görüşlərimdə mən “Avram razılaşması”ndan tutmuş “Livan qaz razılaşması”na qədər regionumuzdakı mühüm hadisələri müzakirə etmək niyyətindəyəm və əlbəttə ki, bizim daha çox ölkəyə getmə arzumuz və ümidimiz var”.


İsaak Hersoq deyib ki, müzakirələr zamanı əsas mövzulardan biri təkcə Yaxın Şərqi deyil, bütün dünyanın sabitliyini pozan “İran təhlükəsi” olacaq. O, bu təhlükəyə qarşı qəti və vahid reaksiya tələb olunduğunu vurğulayıb.


Hersoq qeyd edib ki, Baydenlə görüşdə qlobal məsələlər, o cümlədən "bütün dünya və bəşəriyyət üçün təhlükə" yaradan iqlim böhranı da müzakirə olunacaq.