Şəfəqə Doğru » Manşet » Roma Papası “nüvə kabusu”na son qoymağa çağırdı

Roma Papası “nüvə kabusu”na son qoymağa çağırdı

Roma Papası “nüvə kabusu”na son qoymağa çağırdı

Roma Papası Fransisk Ukrayna müharibəsində atom silahından istifadə təhlükəsinin artdığını nəzərə alaraq, “nüvə kabusuna” son qoymağa çağırıb.
 

Shafaqadogru.com  xarici KİV-ə istinadən verdiyi məlumata görə, Vatikan rəhbəri xatırladıb ki, hələ düz 60 il əvvəl ABŞ-Rusiya arasındakı raket böhranı zamanı da Roma Papası XXIII İohan hökumət rəhbərlərini dünyanı nüvə fəlakətindən xilas etməyə çağırmışdı.
 

"60 il keçsə də, bu çağırış hələ də öz aktuallığı qoruyur. İndi mən həmin çağırışı özümə aid edirəm. Bu gün dünya düzəni kobud şəkildə pozulur, bu, ötən əsrdə iki dünya müharibəsinin dəhşətlərini yaşamış Avropada baş verir”, - Roma Papası deyib.


Vatikan Kilsəsinin rəhbəri deyib ki, Xirosima və Naqasakidən sonra atom silahlarının yenidən istifadəsi təhlükəsi yaranıb.

 

O bildirib ki, bu gün dünyanın bir çox yerlərində gedən müharibələrə baxmayaraq, sülh çağırışını boğmaq mümkün deyil: “Bu, anaların ürəyindən gəlir, qaçqınların, köçkün ailələrinin, yaralananların və ölənlərin üzünə dərin iz qoyub”.


Papa və digər dini liderlərin birgə sülh çağırışının yer aldığı müraciət imzalanıb.
 

Müraciətdə deyilir: “Çox gec olmadan, sabit və davamlı sülh üçün ədalətli həll yollarına gətirib çıxara biləcək danışıqlar intensivləşsin...


Sülh müqəddəsdir. Bəşəriyyət müharibələrə son qoymalıdır, yoxsa müharibə bəşəriyyətə son qoyacaq".


Müraciətdə dünyanı gələcək nəsillər naminə “nüvə kabusundan qurtulmaq” çağırışı yer alıb.