2022-ci il oktyabrın 16-da bir neçə hayk gədəsi Kəlbəcər rayonununun Həsənriz kəndinin qanunsuz icma binasına daxil olub oradakı bankomatın əskinas xəzinəsini elektrik mişarıyla kəsərək pulları ələ keçiriblər.
Shafaqadogru.com xəbər verir ki, Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən "Artsaxbank"a məxsus bankomatdan oğurlanan əskinaslar 7 milyon 951 min erməni dramı, yaxud 19 min ABŞ dollarına yaxın məbləğdə olub.
Xankəndindəki qondarma “prokurorluq” oğurluğu törədənlərdən iki nəfərin həbs edilməsi haqda məlumat yayıb.
Xatırladaq ki, 1991-ci ilədək keçmiş Mardakert rayonuna daxil olan və “Aterk” adlanmış Həsənriz kəndi 1992-ci ildən Azərbaycan hökumətinin müvafiq qərarıyla Kəlbəcər rayonunun tərkibinə daxil edilib. Hazırda kənddə Rusiya “sülhməramlı”larının himayəsi altında hayklar məskunlaşıb...
Sultan Laçın