Sentyabrın 21-də Neftçala rayonunun Xol-Qaraqaşlı kəndində növbəti toy mərasimi keçirilib. Lakin bu toyun digərlərindən fərqi odur ki, bəy 2014-cü ilin noyabr ayında Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helokopterini vurmuş Azərbaycanın hərbi qulluqçusu İlkin Muradov olub.
Toyda qohum-əqrəba ilə yanaşı, kəndin, eləcə də rayonun ziyalıları, İlkinin hərbçi yoldaşları, eləcə də tanınmış şəxslər iştirak ediblər. Onlardan biri də hərbi qulluqçunun öz dəvəti ilə toyda iştirak etmiş millət vəkili Aydın Mirzəzadə olub.
Millət vəkili toyda çəkilmiş şəkilləri facebook səhifəsində paylaşaraq bəyi bir daha təbrik edib.
Qeyd edək ki, Azərbaycanda "Vur, komandir vur!" ifadəsi məhz İlkin Muradovun erməni helikopterini vurması zamanı meydana gəlib.