Şəfəqə Doğru » Manşet » "Polşaya düşən Ukrayna raketidirsə, bəs onda onun hədəfləndiyi Rusiya raketi hanı?..."

"Polşaya düşən Ukrayna raketidirsə, bəs onda onun hədəfləndiyi Rusiya raketi hanı?..."

"Polşaya düşən Ukrayna raketidirsə, bəs onda onun hədəfləndiyi Rusiya raketi hanı?..."
"Polşaya Ukraynanın hava hücumundan müdafiə raketinin düşməsi iddiası onun buraxıldığı Rusiya hədəfinin hara itdiyini izah etmir.
Ukrayna ilə sərhəddən 6 kilometr aralıda, Polşanın Pşevodov kəndində raket partlaması ilə bağlı insidentdən dərhal sonra Polşada  ölkə ərazisinə iki raket atıldığı bildirilib. Bu, məntiqli idi, çünki Ukraynanın hava hücumundan müdafiə raketi guya hədəfinə - Rusiyanın qanadlı raketinə çatmalıydı".
"TSN"-ə istinadla xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç rusiyalı bloqçu və hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində ikinci raketin açıqlanmayan "taleyi"ni müzakirə edərkən söyləyib.
 
"Biz səmaya boş-boşuna atəş açmamışıq ki" -deyən ekspert qeyd edib ki, iddia edilən Ukrayna raketi,  yəqin ki, Rusiya hədəfini - digər raketi təqib etmək üçün uçub.Ona görə də, açıq-aydın görünür ki, haradasa ikinci raket də olmalıdır.
 
"Əgər Ukrayna raketi ilə vurulubsa,  bəs onda Rusiya raketinin fraqmentləri haradadır?  Bəs vurulmayıbsa, o halda Rusiya raketi haradadır? Burada birmənalı cavab ola bilməz", - deyə Arestoviç bildirib.
 
Prezident Ofisinin müşaviri xatırladıb ki, Polşa tərəfinin ilk bəyanatında iki raketdən söhbət gedir.
 
"Bu, hər bir məna verə bilər. Xüsusilə, Qərbin Rusiya ilə aranı gərginləşdirməmək qərarına gəlməsini... Mən qəti əminəm ki, Qərb bu hadisədən istifadə etmək istəsəydi, bundan məmnuniyyətlə istifadə edərdi. Əgər etməyibsə, deməli, bunu çox istəməyib”,- deyə ekspert yekunlaşdırıb.
 
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski noyabrın 15-də Ukraynanın kütləvi atəşə tutulması zamanı Polşaya hansı ölkəyə məxsus raketinin düşdüyünü hələlik heç kimin dəqiq bilmədiyini bəyan edib. Bəzi Avropa, eləcə də ABŞ rəsmiləri və mənbələri isə bəhs edilən raketin Rusiya raketini zərərsizləşdirmək üçün atılmış Ukrayna HHM-ə məxsus raket olduğunu ehtimal ediblər...