Şəfəqə Doğru » Manşet » NEFTİN QİYMƏTİ SÜRƏTLƏ BAHALAŞIR

NEFTİN QİYMƏTİ SÜRƏTLƏ BAHALAŞIR

NEFTİN QİYMƏTİ SÜRƏTLƏ BAHALAŞIR

Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir.

 

Shafaqadogru.com  bildirir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,77% bahalaşaraq bir barelə görə 47,66 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 2,36% artaraq 45,41 dollara satılıb.

Qeyd edək ki, sentyabrın 28-də Əlcəzairdə OPEK ölkələrinin qeyri-formal görüşü keçiriləcək. Gözlənilir ki, iclasda neft istehsalının dondurulması məsələsi yenidən gündəmə gətiriləcək.