Şəfəqə Doğru » Manşet » Bu iki ölkə müharibənin bir addımlığındadır - Razılığa gələ bilmədilər

Bu iki ölkə müharibənin bir addımlığındadır - Razılığa gələ bilmədilər

Bu iki ölkə müharibənin bir addımlığındadır - Razılığa gələ bilmədilər

İki ölkə müharibənin bir addımındadır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kosovo və Serbiya liderləri Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Brüsseldə keçirilən fövqəladə toplantıda tərəflər arasında gərginliyi azaltmaq üçün razılığa gələ bilməyiblər.

Kosovo ilə Serbiya arasında şəxsiyyət vəsiqəsi və avtomobil nömrələri səbəbiylə bir müddətdir artan gərginlik üzərinə Serbiya Prezidenti Aleksander Vucic və Kosovo Baş naziri Albin Kurti, AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə ayrı-ayrılıqda və üçtərəfli görüşlərdə görüşüb. 




Borrell görüşün sonunda verdiyi açıqlamada Vucic və Kurti arasındakı görüşdən gərginliyi azaltmaq üçün heç bir həllin olmadığını açıqlayıb.

"Bugünkü görüşün uğursuzluğu, gərginliyin artması və mümkün zorakılıq hər iki ölkənin məsuliyyətidir. Biz təklif verdik. Prezident Vuçiç razılaşdı, Baş nazir Kurti razı olmadı”. 

Digər tərəfdən, Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir. 

Borrelin sözlərinə görə, iki ölkədə baş verən narazılıqlar sonda müharibə ilə nəticələnə bilər.