Şəfəqə Doğru » Manşet » Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! - Sizcə belə ola bilərmi???

Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! - Sizcə belə ola bilərmi???

Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! - Sizcə belə ola bilərmi???

Uzun illər idi ki, Naxçıvanda zabit kimi xidmət edirdim. Müvafiq qanunlara uyğun xidmət yerimin dəyişdirilməsi üçün bütün komandir və rəislərimə raportla müraciət etdim. Bu mənim hüququm idi. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən hər bir zabitin xidmət yeri 6 ildən bir planlı şəkildə birliklərarası dəyişdirilməli idi. Lakin, bu proses Naxçıvan MR-da uzun illərdir ki, yerinə yetirilmir. Buna səbəb isə Naxçıvan hərbi birləşməsinin birbaşa rəhbərliyidir. Uzun illərdir ki, bu məsələ məqsədli şəkildə manipulyasiya edilir. Sözügedən məsələnin konfidensiallığını qorumaq məqsədi ilə qapalı şəkildə saysız-hesabsız müraciətlər, xahişlər etsəm də əhəmiyyəti olmadı. Müraciətlərim bu günəcən hələ də cavabsız qalıb. Vətən, millət naminə hər şeyə dözdüm, zabit qürurumu endirmədim. Bütün müraciət vasitələrim bitdikdən sonra Naxçıvan İnzibati Məhkəməsinə müraciət etdim. İş icraata qəbul olundu (hakim Səxavət Novruzov). O gündən ağrılı-acılı günlərim başladı. Bilmədim zabit kimi xidmət edim, yoxsa məhkəmələrdə qarşılaşdığım haqsızlıqlara dözüm. Xülasə, ümumilikdə 17 dəfə səhnələşdirilmiş məhkəmə keçdim, onlarla təzyiqlərə məruz qaldım, təqib olundum, bütün imtiyazlarım əlimdən alındı, mənə qarşı olan bütün sənədlər saxtalaşdırıldı, sonda hakim Səxavət Novruzov qərəzli olaraq iddiamı təmin etmədi. Sual oluna bilər ki, iddian nə olub? İddiam: Bir hərbi birlikdə 6 ildən çox xidmət etdiyim üçün xidmət yerimin başqa birliklərə dəyişdirilməsini istəyirdim. Mənə müxtəlif bəhanələrlə bildirilirdi ki, guya yerdəyişmələr dayandırılıb ancaq, gündə bir zabitin xidmət yeri dəyişdirilirdi. Maraqlı sualdır! Nəticədə Naxçıvan Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasassiya şikayəti verdim. İş icraata qəbul edildi (Hakimlər Fərman Abbasov, İlqar Mirzəyev, Əhliman Xıdırov). İşə tam ədalətli şəkildə baxıldı və hakim Səxavət Novruzovun çıxartdığı qərarın tam çılpaqlığı ilə qanunsuz olması təsdiq edildi (24.06. 2021-ci il 2-1(108)-17/2021 nömrəli qərardad), qərar qanunsuz hesab edilib ləğv edildi və yenidən düzgün baxılması üçün hakim Səxavət Novruzovun icraatına göndərildi. Dəhşətli anlar da elə ondan sonra başladı. Sanki məndən qisas alırlar kimi işi nə cür pozdularsa, nə cür danışdılarsa, nə alıb-verdilərsə bilmədim, iş Bakı Ali Məhkəməsinin İbzibati Kollegiyasına kimi gəlsə də sözün əsl mənasında uşaqlığını, gəncliyini, bütöv həyatını hərb peşəsinə qurban verən bir zabitin hüquqları taptalana-taptalana getdi. Nəhayət, mən 20 il xidmətim bitən kimi ordu sıralarından tərxis olmağa məcbur oldum. Hansı ki, mən hələ ordu sıralarında bir neçə il xidmət etmək istəyən zabitlərdən idim. Təəssüf, buna imkan vermədilər! Bir zabitin zorla ordu sıralarından kənarlaşdırılmasında xidməti olan şəxslərin kimə xidmət etməsini isə mən özümdə bilmirəm...! Səhhətimdə ciddi problemlər yarandı, bütün kariyeram pozuldu. Maraqlısı isə o idi ki, sözügedən hadisələr general-polkovnik Kərəm Mustafayevin gözləri önündə gedirdi. Susqunluq, susqunluq, susqunluq! Araşdırılsa hər sözün altından yaza bilmədiyim və Vətən naminə yazmaq istəmədiyim nələr çıxacaqsa onu yenə də dövlətimiz və dövlətimizin təhlükəsizliyini qoruyan şəxslər bilər! Ancaq, mən bunu Azərbaycan zabitinə qarşı qatı və tarixi cinayət hesab edirəm! Vətən sağolsun!
Dialoq.Az