Artıq 3 aydan çoxdur ki, Putinin göstərişi ilə Azərbaycan Respublikası ərazisində qanunsuz ictimai-siyasi və maliyyə fəaliyyəti ilə məşğul olan hayk milyarder Ruben Vardanyan bu gün Xankəndinə qaz verilişinin bərpasını “qələbələri” kimi təqdim edib.
Shafaqadogru.com xəbər verir ki, separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” bu
haqda özünün “Facebook” səhifəsində yazıb.
Vardanyan bu gün – dekabrın 16-da guya Xankəndi-Şuşa-Laçın-Gorus yolunun açılacağını da iddia edib. Bundan əlavə, Putinin milyarder “desant”ı sabah – dekabrın 17-si üçün Xankəndində kütləvi anti-Azərbaycan mitinqi keçiriləcəyini də bildirib.
“Sabah mən mitinq elan edirəm, onu gündüz saat üçdə Stepanakertdə(XANKƏNDİ-S.L.) keçirməliyik. Və hər kəsi gücümüzü, birliyimizi göstərmək üçün bu mitinqdə iştirak etməyə çağırıram”- üzdəniraq “dövlət naziri” belə deyib.
Xatırladaq ki, 2 gündür Ermənistan və separatçı rejim Qarabağın ermənilər məskunlaşan hissəsinə qazın kəsilməsinə görə heç bir əsas olmadan Azərbaycanı ittiham edir. “Azəriqaz” isə bu iddiaları təkzib edir...
Sultan Laçın