Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ölkənin baş naziri Nikol Paşinyana qarşı iddiası üzrə məhkəmə prosesi sona çatıb.
Shafaqadogru.com Modern.aza istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkili Hayk Alumyan məlumat verib.
Paşinyanın da təmsilçisinin qatıldığı iclasda iş üzrə sübutlara baxılıb.
Vəkil bildirib ki, məhkəmə hökmü gələn ilin 10 yanvarında elan ediləcək.
Qeyd edək ki, Koçaryan 2008-ci ilin 1 mart hadisələri ilə bağlı böhtan atması iddiası ilə Paşinyanı məhkəməyə vermişdi. Tələb kimi üzr istənilməsi və rəsmi təkzib, eləcə də 2 milyon dram təzminat ödənilməsi qoyulub.