Şəfəqə Doğru » Manşet » Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyinə verilir - SİYAHI

Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyinə verilir - SİYAHI

Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyinə verilir - SİYAHI

2023-cü il yanvar ayının 1-dən etibarən bir sıra tibb müəssisələr TƏBİB-nin tabeliyindən çıxarılacaq.

 

Shafaqadogru.com  xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələs: real perspektivlər gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.

 

O bildirib ki, həmin qurumlar Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.

 

"Bunlar Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzidir".

 

"Fürsətdən istifadə edib, adıçəkilən tibb müəssisələrinin rəhbərliyinə və çoxminli kollektivinə TƏBİB-lə səmərəli əməkdaşlığa və koordinasiyalı fəaliyyətlərinə görə təşəkkür edirəm", - deyə V.Qurbanov qeyd edib.