Beş, üç və bir qəpiklik sikkələrinin bəzi sahibkarlıq obyektlərində istifadəsi məhdudlaşdırılır. Halbuki, bu sikkələrin dövriyyədən çıxarılması ilə bağlı Mərkəzi Bankın, eləcə də digər maliyyə qurumlarının heç bir qərarı yoxdur.
Millət vəkili Tahir Kərimli deyir ki, ölkənin milli valyutası ilə bu şəkildə davranmaq qanuna ziddir.
O hesab edir ki, milli valyutaya hörmətsizliyin qarşısını almaq üçün vətəndaşların etirazı səmərəli olmazsa bu sahədə cəzalar sərtləşdirilməlidir.
Mövcuq qaydalara əsasən, əgər hər hansı bir sahibkarlıq subyekti, belə sikkələri almaqdan imtina edərsə o zaman vətəndaş Mərkəzi Banka müraciət etməlidir. Eyni hal 2 dəfə təkarlanarsa o zaman Mərkəzi Bank tərəfindən həmin obyektin bağlanması ilə bağlı məsələ qaldırıla bilər. (Xəzər Xəbər)