"Vasif Talıbovun maşın məsələsi xırda məsələdir. Vasif Talıbov neçə illər milləti aldadıb. Millətə Badamlı, Sirab adında su sırıyıbsa, ona bir heykəli qoyulmalıdır. Bu cür maşennikləri ölkəmizdə görmürdülər ki?! Bəzi məmurların beyinləri puldan yaxşı piylənibdir. Hissiyatları da itiriblər. Bəs, gözləri də kordur? Kordursa, eynəkləri var, taxsınlar! Bu milləti o dərəcədə Naxçıvanda incidiblər. Görün ki, Vasif Talıbovun oğlu Röyaya 7 milyonluq bir villa bağışlayır, amma biz dərmanımıza pul tapmırıq. Ona görə də, Vasif Talıbovun da, oğullarının da Dubaydakı, Türkiyədəki, Bakıdakı, Nardarandıka mülkləri satılmalıdır və dövlətə verilməlidir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya təklif edib ki, bir fond yaradılsın.
"Həmin fonddakı pullar da qazilərə, şəhid ailələrinə, vətən müharibəsi iştirakçılarına və pendiyaçılara ayrılsın. Əlbəttə ki, Vasif Talıbov 6 minlik maşını 35 minə verəndə, onu tək yemirdi və kimlərəsə verirdi. Həmin vaxt deyəndə az qalırdılar mənim gözümü çıxartsınlar. İndi hamı bülbülə dönüb. Hafiz Hacıyev deyəndə hərə bir söz deyirdi ki, əşi Hafiz Hacıyevdi də. Amma, elə deyil axı, mən vaxtında demişəm. Vasif Talıbovun oğlanlarının artistlərə verdiyi artistlər də dindirilsin. Röya niyə görə alıb? Axı, o vicdanını itirmişdi, bəs sənə nolmuşdu? Bunların hamısı xalqın puludur və qaytarılmalıdır. Artıq şəffaflıq yaranmalıdır. Dedi-qodu ilə iş görülmür. Bu məsələdə Azərbaycan xalqı da öz sözünü deməlidir. Azərbaycan da olan siyasilər də öz sözünü deməlidir. Hər halda mən sözümü demişəm və zamanında hamısı gəlib təsdiqini tapıbdır. Əgər bu gün kiməsə nəsə lazımdır onu da deməyə hazırıq. Bu gün Sumqayıt icra başçısı da vəzifə qalmamalıdır. O da dağıdıb yeyir. Vəzifədən gedəndən sonra deyəcəklər ki, onun filan yerdə filan şeyi var. Biz deyirik, amma fikirlərimizə əhəmiyyət vermirlər. Təklif edirəm ki, bir dənə medal təsdiq etsinlər və Azərbaycan sərvətlərini oğurlayanlara versinlər. Nə qədər ki, Azərbaycanda Ramiz Mehdiyevin, Vasif Talıbovun komandası və onun deputatları var belə də olmalıdır. Nə qədər vəzifədə onlar olacaq, onda biz nə Xankəndinə bayrağımızı taxa bilrik, nə də ki, mer kimi gedib orada otura bilərik".
Aynurə
Demokrat.az