Şəfəqə Doğru » Manşet » "Rusiyada Putin rejimi çökəndən sonra sahibsiz əmlak uğrunda mübarizə başlayacaq..."

"Rusiyada Putin rejimi çökəndən sonra sahibsiz əmlak uğrunda mübarizə başlayacaq..."

"Rusiyada Putin rejimi çökəndən sonra sahibsiz əmlak uğrunda mübarizə başlayacaq..."
"Onlar anlayır ki, Ukraynada müharibə artıq uduzulub və ölkədə əmlakın yenidən nəhəng yenidən bölgüsü başlayacaq..."
 



"ABŞ hadisələrin belə inkişafından əndişələnir..."
 
Tanınmış publisist Rusiyada yeni növ vətəndaş müharibəsini proqnozlaşdırıb
 
Ukraynada məğlubiyyətdən sonra Rusiyanı öz ərazisində yeni növ vətəndaş müharibəsi gözləyir.
 
Shafaqadogru.com   xəbər verir ki, bu barədə rusiyalı riyaziyyatçı, publisist, politoloq və siyasi xadim Andrey Piontkovski bəyan edib. Məlumatı "УНИАН" nəşri yayıb.
 
Onun fikrincə, Rusiya 90-cı illərdə olduğu kimi, etnik, dini və ya ideoloji əlamətlərə görə ayrı-ayrı qurumlara parçalanmayacaq.
 
Ölkədə quldur qurumların Putin rejimi çökəndən sonra sahibsiz qalan əmlak uğrunda mübarizəsi başlayacaq.
 
"Diqqət edin, Rusiyada özəl ordular yağışdan sonra göbələklər kimi necə da çoxalır.
 
Priqojinin ordusu, Kadırovun ordusu, hətta, cəfəngiyyata baxın, müdafiə naziri Şoyqu da özünə özəl ordu yaradıb. 
 
Bu günlərdə nəhəng milyardçı, Putinin "pul kisəsi" Timçenko da öz ordusunu yaradıb", - publisit deyib.
 
Piontkovskinin sözlərinə görə, bütün bu özəl ordular Ukraynada müharibə üçün yaradılmır. 
 
Onlar anlayır ki, müharibə artıq uduzulub və Rusiyada əmlakın yenidən nəhəng bölgüsü başlayacaq.
 
"Mən bu meyldən çoxdan şübhələnmişdim, lakin son günlər Timçenko kimi yaramazların da özəl ordu dalınca qaçması o deməkdir ki, bulmaca bitib.
 
Timçenkoya təkcə talan etdiyi aktivlər uğrunda mübarizə aparmaq deyil, həm də öz milyardlarını qorumaq lazımdır. Bax, özəl orduların sahibləri buna hazırlaşır", - Piontkovski izah edib.
 
Bundan öncə Ukraynanın "24 kanal"ına müsahibəsində Piontovski qeyd edib ki, ABŞ hadisələrin belə inkişafından əndişələnir, çünki onlar Rusiyada vətəndaş müharibəsinin nə qarşısını ala, nə onu sürətləndirə bilər.