Şəfəqə Doğru » Manşet » “Həmin erməni kifayət qədər cəsur, hətta qəhrəman ermənidir” — Deputat

“Həmin erməni kifayət qədər cəsur, hətta qəhrəman ermənidir” — Deputat

“Həmin erməni kifayət qədər cəsur, hətta qəhrəman ermənidir” — Deputat

"Bu, çox ciddi bir humanitar göstərici idi. Hər kəs gördü ki, Azərbaycan xalıq  bir düşməncəsinə bizə münasibət bəsləyən xalqa yeri düşəndə, anı gələndə, yenə də insanlıq dəyərlərinə yanaşır. Bu yüksəksəviyyəli bir addım idi və hesab edirəm ki, bunun təbliğatı da ciddi şəkildə aparılmalıdır".

Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan Ordusunun postlarından birinə yaxınlaşaraq kömək istəyən erməni sakini ilə bağlı danışarkən deyib. Deputat qeyd edib ki, məlum hadisə həm də ermənilərə bir mesajdır:

"Yəni, bizimlə hər hansı bir şəkildə problem yaratmadan yaşamaq istəyirsinizsə, Azərbaycan tərəfinin hansısa bir problem yaratmaq niyyəti yoxdur və Azərbaycan vətəndaşları kimi yaşaya bilərsiniz. Amma, bizə qarşı hansısa bir addımlar atmağı, yenə də düşmənçilik anlayışını davam etdirməyi düşünürsünüzsə, bu, sizin üçün çox böyük nəticələr doğuracaq. Hesab edirəm ki, həmin erməni kifayət qədər cəsur, hətta qəhrəman ermənidir. Çünki özünün təzahürlərini pozitiv təzahürlərini ifadə etmək və bunu da kamera qarşısında göstərmək hər halda böyük cəsarət tələb edir. Ona görə də, hətta məqsədəuyğun olardı ki, onun üzünü gizlədərdilər. Çünki ermənilər vəhşi xislətə sahibdirlər. Hətta, ölkədə fərqli fikirlərlə çıxış edənləri vəhşicəsinə döyürlər. Hər halda, biz də bu məsələdə diqqətli olmalıyıq ki, Azərbaycana yönəlmək istəyən insanları linç edib, sıradan çıxartmasınlar. Bütövlükdə Azərbaycan əsgərinin bu addımı möhtəşəm idi".

Deputat əlavə edib ki, siyasi cəhətdən çox yetkin, ağıllı davranışları davam etdirməliyik:

"Hər şey müharibə ilə, yumruqla həll olunmur. Bu cür addımlar da yeri gəldikcə olduqca vacibdir və bunun təməlini  ölkə prezidenti qoyub. Həmçinin, zəruri anlarda bizdə olan erməni hərbi əsirlərin müəyyən dərəcədə Ermənistana təhvil verilməsi məsələsini təmin edilir. Yaxud da ora terrorizm məqsədilə ölkəmizə müharibədən sonra gələn cinayətkarların da bir qisminin təhvil verilməsini təmin olundu. Bu, həm də humanitar jest olaraq dünyada da yüksək qiymətləndirildi. Eyni üslubu bu formada davam etdirməyimiz faydalıdır".