Şəfəqə Doğru » Manşet » "Kremlin yeni genişmiqyaslı hücuma hazırlaşmasının 5 əlaməti" - ISW

"Kremlin yeni genişmiqyaslı hücuma hazırlaşmasının 5 əlaməti" - ISW

"Kremlin yeni genişmiqyaslı hücuma hazırlaşmasının 5 əlaməti" - ISW
"Putin ölkənin Silahlı Qüvvələrini islah etmək niyyətindədir..."
 
"Rusiya hakimiyyəti bəzi oliqarxların mülkiyyətini milliləşdirməyi düşünür..."
 
"Kreml müharibəyə dəstək üçün informasiya məkanını formalaşdırmağa can atır..."
 
"Rusiya təbliğatı rusiyalılarda məğlubiyyət qarşısında qorxu və davakar ovqat yaratmağa cəhd edir..."
 
Qarşıdakı altı ayda Rusiya döyüş əməliyyatlarında təşəbbüsü özünə qaytarmağa və Ukrayna Silahlı Qüvvələrinin operativ uğurlarına "son qoymağa" cəhd göstərəcək.
 
Shafaqadogru.com xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) analitiklərinin 15 yanvar tarixli icmalında deyilir.
 
Onlar Kremlin yaxın aylarda miqyaslı hücumuna hazırlaşdığının 5 əlamətini seziblər.
 
1.Kreml ordunun sayının artırılması üzrə səylərini aktivləşdirib
 
"Putin və Rusiya Müdafiə Nazirliyi yeni bölmələrin formalaşması, çağırış yaşının artırılması və Rusiyanın qərbində hərbi dairələrin bərpası yolu ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının radikal olaraq artırılması planları barədə elan edib.
 
Bütün bunlar irimiqyaslı döyüş əməiyyatarının aparılması üçün Rusiya Silahlı Qüvvələrini islah etmək niyyətlərini göstərir", - analitiklər yazıb.
 
Onlar Ukrayna kəşfiyyatının belə məlumatlarına istinad edir ki, Kreml hərbi qulluqçuların sayını iki milyon nəfərədək artırmağa can atır.
 
Qərb kəşfiyyatının nümayəndələri qeyd edib ki, Rusiyanın hərbi komandanlığı səfərbərliyin ikinci dalğasına "ciddi hazırlaşır".
 
2. Rusiya Silahlı Qüvvələri səfərbər edilənləri gələcəkdə ondan istifadə etmək üçün saxlayır
 
Analiriklərin sözlərinə görə, bu, 2022-ci ilin payızında təlim keçməmiş çağırışçıların dərhal cəbhəyə gödərilməsi ilə bağlı Rusiynın hərbi komandanlığının ilkin hərəkətlərindən fərqlidir.
 
"Dekabrın 7-də Putin bəyan edib ki, Rusiya Silahlı Qüvvələri səfərbərliyin ilk dalğası zamanı səfərbər edilənlərdən tam istifadə etməyib. Ehtimal ki, Kreml bu qüvvələrdən sonradan istifadə edilməsi üçün onların təlimi və təchizatına zaman ayırıb", - ISW qeyd edib.
 
3. Rusiya özünün hərbi-sənaye kompleksini (HSK) büsbütün canlandırmağa cəhd göstərəcək
 
"Dekabr ayında Kreml Rusiyanın HSK-na ciddi diqqət ayırmağa başlayıb. Putin bütün ölkə boyunca müdafiə müəssisələrini ziyarət edib.
 
O, açıq şəkildə tədarüklə bağlı problemləri, kəşfiyyat pilotsuz uçuş aparatlarının çatışmazlığını etiraf edib, nazirlərindən birinin planlaşdırılan müddətdən daha qısa müddətdə dövlət müdafiə satınalmaları üçün müqavilə bağlamağı tələb edib.
 
Putin və digər Kreml məmurları həmçinin Rusiya hakimiyyəti tərəfindən bəzi oliqarxların mülkiyyətinin Rusiyanın hərbi fəaliyyətinə dəstək verilməsi üçün milliləşdirilməsi barədə dumanlı diskusiyalar aparıb", - ISW xatırladıb.
 
4. Putin ali hərbi rəhbərlikdə bir sıra kadr dəyişikliyi həyata keçirib
 
"Kreml lideri Rusiyanın ali hərbi zabitini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu Ukraynarada hərbi əməliyyatların komandanı təyin edib. Ehtimal ki, Kreml Gerasimov və onun müavinlərinin Rusiyanı uzunmüddətli müharibəyə hazırlamasına və 2023-cü ildə iri hücum əməliyyatına komandanlığı öz üzərinə götürməsinə bel bağlayır", - ISW güman edib.
 
5. Kremlin səyləri müharibəyə dəstək üçün informasiya məkanının formalaşmasına yönəlib
 
"2022-ci ilin sonunda Kreml məmurları yenidən belə yalanlar yaymağa başlayıb ki, müstəqil Ukraynanın mövcudluğu Rusiyanın suverenliyi və mədəniyyəti üçün təhlükə törədir. Öz növbəsində təbliğatçılar müharibənin udulmamasının rusiyalılar üçün beynəlxalq hüquqi nəticələri barədə getdikcə daha tez-tez bəyan edir. Ehtimal ki, bunu rusiyalılarda məğlubiyyət qarşısında qorxu və onlarda davakar ovqat yaratmaq üçün edilir", - ISW  qeyd edib.
 
Analitiklərin fikrincə, yuxarıda deyilənlər Rusiya qüvvələrinin yaxın aylarda Ukraynada irimiqyaslı hücuma hazırlaşdığını sübut edir.