Şəfəqə Doğru » Manşet » İnsanlar reseptlə nə vaxta qədər aptek-aptek gəzəcək? - “Günah həkimlərdədir”

İnsanlar reseptlə nə vaxta qədər aptek-aptek gəzəcək? - “Günah həkimlərdədir”

İnsanlar reseptlə nə vaxta qədər aptek-aptek gəzəcək? - “Günah həkimlərdədir”

Ölkəmizdə dərman qıtlığı problemi özünü qabarıq göstərir.

Bahalaşmanı da üzərinə gəlsək, istehlakçıların bu bahalıqda axtardığı dərmanı nəyin bahasına olursa-olsun “od qiymətinə” tapması da ayrıca müşkülə çevrilir. Səhiyyə sahəsində müxtəlif təkmilləşdirmə proqramları həyata keçirilir, xəstəxənaların səlahiyyətləri artırılır, xəstələrin daha yaxşı tibii müyinəsi ilə bağlı islahatlar aparılır, lakin ölkədə dərman bahalığı və qıtlıq problemi həllini tapmır.

Dəfələrlə Milli Məclisin plenar, komitə iclaslarında, sosial şəbəkələrdə deputatlar tərəfindən dərman qıtlığı və bahalığı ilə bağlı məsələlər qalıdırılsa da, problem həll olunmur. Hətta nazirlikdəki kadr dəyişikliyi də səhiyyədəki əksər problemlər kimi, dərman probleminin də həllinə təsirsiz qalıb. Başqa sözlə, rəhbərlik dəyişir, kadrlar yeniləri ilə əvəz olunur, ancaq gözləntilər özünü doğrultmur.

Yenə əlində reseptlə aptek-aptek dolaşan, axtardığı dərmanı ya tapmayan, ya da başqa ölkələrlə müqayisədə daha baha tapan, yaxud keyfiyyətinə əmin olmadığına görə xaricdən dərman gətirmək üçün dost-tanış axtaranların sayı günbəgün artır.

Shafaqadogru.com  məlumatına görə, Cebhe.info-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva bildirib ki, sözügedən məsələ doğrudan da aktualdır:

"Yəni bu cəmiyyəti son dövrlər çox narahat edən problemdir. İnsanlar arasında dərmanların alınması, tapılması ilə bağlı çox böyük narahatlıqlar var. Bilirsiniz ki, Azərbaycanda dərman istehsalı çox cüzidir. Yəni Azərbaycanda çox az sayda sayda dərmanlar istehsal olunur. Həm də dərmanları xaricdən alırıq.Ən çox dərmanları Rusiya, Ukrayna, eləcə də Avropa, Asiya ölkələrindən alırıq".

Deputat bildirib ki, dərmanların son zamanlar tapılmamasının səbəblərindən biri məlum Rusiya-Ukrayna müharibəsi və dərman çatışmazlığının yaranması, yaxud da gecikmələrin olması ilə əlaqədardır:

"Təəssüfedici məqam budur ki, həkimlər dərman preparatlarını dəman adı ilə deyil, tərkibinə görə yazmalıdırlar. Çünki eyni tərkibə malik olan dərmanlar müxtəlif dövlətlər tərəfindən müxtəlif adlar altında istehsal olunur. Amma tərkibi eynidir. İnsanlarımızın psixologiyası belədir ki, həmişə eyni dərmanı atıb, bu adda dərmanı qəbul edib. Elə buna görə də həmin dərmanı axtarır. Amma belə olanda, dərmanların Azərbaycana idxal olunmasında gecikmə varsa, xəstə də sözügedən dərmanı tapmırsa, bu, böyük bir ehtiyaca çevrilir. Halbuki, həmin tərkibdə digər ölkənin istehsal etdiyi digər adda dərman mövcuddur.

Belə problemin qarşısının alınması üçün həkimlər tərkibə görə dərman yazmalıdırlar. İnsanlar bir dövlətin istehsal etdiyi dərmanı tapmadıqda, digər dövlətin həmin tərkibdə istehsal etdiyi dərmanı tapa bilsinlər. Bəli, mən də tamamilə razıyam ki, dərmanlara əlaqədar problemlər mövcuddur. Bu istiqamətdə ölkəmizdə iş gedir".

Komitə üzvü qeyd edib ki, dərman istehsalı ilə məşğul olan zavodların tikilməsi, Azərbaycanın özünün dərman istehsal etməsi gündəmdə olan məsələdir:

"Ümid edirik ki, özümüzün dərman istehsalı ilə məşğul olan zavodlarımız fəaliyyət göstərəndə, müəyyən qədər bu problemlərin aradan qalxmasına səbəb olacaq".