Şəfəqə Doğru » Manşet » Korrupsiya haqda məlumat verənləri dövlət qoruyacaq

Korrupsiya haqda məlumat verənləri dövlət qoruyacaq

Korrupsiya haqda məlumat verənləri dövlət qoruyacaq

Azərbaycanda korrupsiya halları barəsində müvafiq qurumlara məlumat verən şəxslər dövlət tərəfindən qorunacaq

 


Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, qanuna əlavə üçün təklif edilən 11-1-ci maddədə bildirilir ki, korrupsiya ilə əlaqdar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər. 

Maddəyə əsasən dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə müəyyən ediləcək. 

Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya əlaqədar hüquqpozmalarla bağlı məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək. 

Səlahiyyətlli struktur bölmə ona daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində məlumatı araşdırıb və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirəcək. 

Digər bir maddədə isə qeyd olunur ki, müəyyən ediləcək səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir.