İşğal olunmuş Krımda Ukraynaya qarşı müharibəyə səfərbər olunan rusiyalıların sayı artıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə yanvarın 18-də Krım Tatarları Məclisinin sədri Refat Çubarov "Facebook"da məlumat yayıb.
“Krımda son həftələrdə Rusiya işğalçı qoşunlarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Onların əksəriyyəti Krımın şimalında, həmçinin Sovetski (İçki), Nijneqorski (Seyler) və Kirovskidə (İslam-Terek) yerləşdirilib. Rusiyadan gələn hərbi qulluqçular əsasən Rusiyanın daxili depressiv bölgələrinin yerli sakinləridir”- deyə R.Çubarov yazıb.
Məclis sədrinin sözlərinə görə, “hərbçi maaşlarını əllərinə alan bu “çmobiklər”(mənliyini itirmiş səfərbər olunmuşlar- S.L.) onları bir neçə gün ərzində yaxınlıqdakı içkixanalarda israf edirlər”.
"Yerli sakinlərdən birinin qeyd etdiyi kimi, onlar öz sərxoş söhbətlərində bunu ön cəbhəyə yolladılmaq qorxusu ilə əsaslandıraraq özlərini batırana qədər içirlər”- R.Çubarov belə yazıb.
P.S. Rusiya diktatoru V.Putin dünənki çıxışında da Rusiyanın qələbəsinin labüd olduğu haqda çərənləyib. Görəsən, o, bu orduyla qalib gəlməyi düşünür...