“Tehran səfirliyimizə edilən hücum uzun müddət stimullaşdırılıb və hazırlanıb. İran dövləti bu terror aktına görə məsuliyyət daşıyır”.
Shafaqadgru.com xəbər verir ki, bu fikirləri millət vəkili Elnur Allahverdiyev Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deyib.
“İran uzun müddətdir ki, ölkəmizə qarşı aqressiv münasibət sərgiləyir, sərhədlərimizdə təlimlər keçirirlər.
Bu gün Bakıdakı İran səfirliyi çox yaxşı qorunur. Azərbaycan stabil, güclü dövlətdir burada heç kim xarici ölkə səfirliklərinə hücum etməz”, - deyə Elnur Allahverdiyev vurğulayıb.