Rusiya Prezidenti Vladimir Putin Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Shafaqadogru.com "RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın ölkəyə yardım etməyə hazır olduğunu bildirib.
Bununla yanaşı, Rusiya lideri Suriya Prezidenti Bəşər Əsədə də başsağlığı verib.
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Ən son məlumata görə, zəlzələ nəticəsində Türkiyədə 284, Suriyada isə 427 nəfər həlak olub.