Türkiyə millisinin, “Beşiktaş” və “Galatasaray”ın sabiq futbolçusu Gökhan Zan Hatayda baş verən zəlzələyə görə instaqram hesabında canlı yayım açıb.
Shafaqadogru.com xəbər verir ki, əslən Hataydan olan veteran futbolçu, hazırda bölgədə vəziyyətin çox pis olduğunu bildirib.
“Allahım, kömək elə, Hatay bitdi. Su yox, internet yox, kimsə yoxdur. Yalvarıram, səsimizi eşidin” - deyə Gökhan Zan göz yaşları içində çağırış edib.