Ermənistanın müdafiə naziri Suren Papikyanın yaxın günlərdə istefa verəcəyi gözlənilir.
Shafaqadogru.com xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
Bildirilib ki, Papikyan istefa verərək diplomatik xidmətə keçəcək.
“Paşinyan bu addımı ilə bir daşla iki quş vurmaq niyyətindədir. Birincisi, sahiblərinin Papikyandan qurtulmaq göstərişini yerinə yetirir, ikincisi, kazarmada baş verən yanğın nəticəsində 15 əsgərin ölümünə görə məsuliyyəti Papikyanın üzərinə yükləyir”, – məlumatda qeyd edilib.