Bu gün geomaqnit sahədə G1-G2 səviyyəli qasırğa gözlənilir.
"Elektrik yarımstansiyalarının məhv edilməsi sonuncu güclü raker zərbələrindən dəfələrlə artıq zərər vuracaq..."
Bir ildir ki, ukraynalılar Rusiya qəsbkarlarını öz torpaqlarından qovmağa cəhd edir. Lakin ən pisi odur ki, Rusiya xalqı ukraynalıları "bitirmək" hisslərilə alışıb yanır.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Rusiyanın xəbərlər aqreqatorları (informasiya internet-resursları-red.) Rusiya hakimiyyətinə elektrik infrastrukturuna zərbələr endirməyi və Ukraynanı öz AES-də qəza söndürmələrinə vadar etməyə, nəticədə Ukrayna hakimiyyətinin təslim olmasına çağırış edir.
Məsələn, Rusiyanın məşhur "Ridovka" xəbər aqreqatoru özünün təxminən 1, 7 milyon istifadəçisi olan auditoriyasına müraciət edib.
Öz bəyanatlarında "Ridovka" Rusiya qüvvələrinə ilk növbədə diqqəti Ukraynada AES-in qəza nəticəsində dayandırılması məqsədilə AES-in xarici elektrik infrastrukturuna yönəltməyə çağırış edib.
"Ridovka" Rusiya qüvvələrinin atom elektrik stansiyalarına birbaşa zərbələr endirilməsinin və ya radioloji hadisələr törətməyə cəhd etməsinin tərəfdarı deyil.
Lakin, onların fikrincə, ayrı-ayrı yarımstansiyalara zərbə endirmək və stansiyaların təhlükəsiz istismarı üçün lazım olan elektrik təchizatının söndürülməsinə nail olmaq olar. Belə hərəkətlər AES-i yenidən işə salmağı çətinləşdirər.
"Ridovka"nın fikrincə, Rusiyanın işğal etdiyi ərazilərdən kənarda belə yarımstansiyaların məhv edilməsi sonuncu güclü raket zərbələrindən bir neçə dəfə artıq zərər vuracaq.
Bundan başqa, "Ridovka" iddia edib ki, fevralın 18-də Xmelnitskiyə endirilən zərbə Xmelnitski AES-in belə yarımstansiyalarının birinə hədəflənə bilərdi.
ISW Rusiyanın belə davranış niyyəti və ya belə üsulun nəzərdən keçirəcəyi barədə başqa sübutlara malik deyil.
Lakin onlar qeyd edir ki, Kreml Ukraynanın nüvə reaktorlarının qəza nəticəsində dayandırılmasını törətmək məqsədilə belə hərəkətlərə yol verə bilər.