Şəfəqə Doğru » Manşet » Astaranın gömrük şefi hədəfdə - Qaçaqmalçılıq ittihamı...

Astaranın gömrük şefi hədəfdə - Qaçaqmalçılıq ittihamı...

Astaranın gömrük şefi hədəfdə - Qaçaqmalçılıq ittihamı...
 Shafaqadogru.com Az.Fakt.com-a istinadən bildirir.  
 
 
Gömrük İdarəsinin rəisi özünə Astarada "krallar” kimi şərait qurub.
Təqribən bir həftə əvvəl Yeniçag.az saytı Astara Gömrük İdarəsində baş siqaret qaçaqmalçılığı ilə bağlı (bu linkdə https://yenicag.az/siqaret-qacmaqmalciliginin-arxasindaki-general-aksiz-bas-gomruk-idaresinin-qacaqmal-monopoliyasi) sensasion xarakterli araşdırma dərc etmişdi.
Həmin araşdırmanın izi ilə AzFakt.com Astara Gömrük idarəsində öz araşdırmasını aparmağı qərar verdi.
Sücəddin Hüseynovun "kral adətləri”
Açığı deyək ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Quliyev tərəfindən Astara Gömrük İdarəsinə rəis təyin edilən Sücəddin Hüseynov artıq Astarada özünün "kral adətləri” ilə Astara camaatının diqqət mərkəzindədir. Çünki Sücəddin Hüseynov Astaraya qədəm qoyar-qoymaz özünü "kral” kimi aparmağa başlayıb.
Qeyd edək ki, Sücəddin Hüseynov Astaraya gəlməmişdən əvvəl Xudafərin Gömrük İdarəsində rəis vəzifəsini icra edib. Xudafərin gömrüyü gəlir baxımından elə də strateji gömrüklərdən biri hesab olunmasa da, Sücəddin Hüseynov burda belə özünün "kübar” həyat səviyyəsi ilə diqqəti cəlb edib. Belə ki, hər bir maşınına ayrı-ayrı sürücü tutan Sücəddin Hüseynov həmçinin şəxsi aşpaz da saxlayıb və ancaq həmin aşpazın bişirdiyi yeməklərdən yeyib.
"Gəlirinin az olmasına” baxmayaraq Sücəddin Hüseynov Aran Qarabağda, həmçinin Bakıda özünə ciddi biznes sahələri də yarada bilib və həmin biznes sahələri hələ də öz faliyyətini davam etdirməkdədir.
Astaraya gəldikdən sonra isə Sücəddin Hüseynovun ilk işi özünün şəxsi aşpazını Astaraya gətirmək olub. Aşpazı ilə bərabər qaynı Şövqünü də Astara Gömrük İdarəsində ikinci şəxsə çevirən Sücəddin Hüseynov bundan sonra rahat bir şəkildə kabinetini krallara layiq təmir etdirib köhnə rəisdən qalan hər şeyi kabinetindən atan Sücəddin Hüseynovun kabinetin təmirinə 50 min manatdan artıq vəsait sərf etdiyi bildirilir. Etibarlı aşpazı isə həmişə qulluğunda dayanır və öz "kralını” hər cür təhlükədən qoruyur. Keçid məntəqəsini isə qaynı Şövqü idarə edir. Düzdür, bəzi hallarda aşpaz da işə qarışır, amma Astara keçid Məntəqəsində bir mənalı olaraq "at oynadan qoçu” məhz Şövqüdür.
Sücəddin Hüseynovun yeni qaydaları
Astaraya gəldikdən sonra Sücəddin Hüseynov yeni qaydalar və yeni gəlir yerləri açıb. Sücəddin Hüseynovu yaxından tanıyan mənbəmiz bildirir ki, Xudafərin Gömrük İdarəsində o qədərdə əli-qolu açılmayan rəis Astara "yüksək” sürət yığıb və artıq Astara gömrüyündə ciddi narazılıq obyektinə çevrilib. Qısa zamandır Astaraya gəlməsinə baxmayaraq, ondan olunan şikayətlərin sayı da artıb.
Çünki Astara Gömrük İdarəsinə rəis təyin olunandan qısa müddət sonra Sücəddin Hüseynov keçid məntəqəsində özünə məxsus gəlir mənbələri və qaydalar yaratmağa başlayıb. Məlumatlı mənbəmiz iddia edir ki, gömrük rəisinin gəlir mənbəsi işlərinə Şövqü adlı qaynı rəhbərlik edir. Belə ki, yerli əhalidən sərhədi keçən hər kəs bir başa Şövqü ilə görüşməli və onun təlimatı ilə sərhədi keçib geri dönməlidir. Qeyd edək ki, artıq Yeniçag.az saytı Astara Gömrük İdarəsində siqaret qaçaqmalçılığı ilə bağlı özünün ciddi araşdırmasını dərc edib. AzFakt.com saytı isə Sücəddin Hüseynovun daha bir qaçaqmalçılığı ilə bağlı məlumat əldə edib.
Mənbə bildirir ki, Şövqü İrandan qaçaqmal yolu ilə siqaret keçirtdiyi kimi, eyni zamanda meyvə və tərəvəz məhsulları da keçirir. Belə ki, Sücəddin Hüseynov Astaraya təyinat aldıqdan sonra Şövqünün bir neçə həmyerlisi İrandan müxtəlif növ meyvələri gətirməklə məşğul olurlar. Mənbə iddia edir ki, Sücəddin Hüseynovun adamları tərəfindən İrandan gətirilən həmin meyvələr gömrükdə qeydiyyata alınmır və rüsum ödənilmir. Əslində isə Bakı şəhərinə daşınan bu meyvələrin sahibi Sücəddin Hüseynovla Şövqdü olduğu bildirilir və həftədə iki dəfə Sücəddin Hüseynovun adamları İrandan tonlarla meyvə keçirib Bakıya aparır və burda satırlar. Əldə olunan külli-miqdarda gəlir isə bölüşdürülür.
Mənbə bildirir ki, hazırda Sücəddin Hüseynov Xudafərində olduğu kimi vaxtının çoxunu Bakıda və xaricdə keçirir. Astara Keçid Məntəqəsini isə qeyri-rəsmi olaraq Şövqü idarə edir. Şövqünün yeni metodları ilə çalışmaq istəməyən yerli sakinlər isə müxtəlif problemlərlə üzləşirlər. Bu barədə növbəti yazımızda.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.