"Bu təhlükəli autoimmun xəstəliyin diaqnozu qoyulduqdan sonra pasiyentlərin yarısı 5 il ərzində tələf olur..."
"Pasiyentlərdə ağ ciyər və böyrəklərin funksiyasının pozulması, görmə və eşitmə, hafizə və koqnitiv qabiliyyətlə bağlı ciddi problemlər yarana bilər..."
Bəşəriyyət koronavirusdan tam yaxa qurtarmamış yeni xəstəlik inadkarlıqla insanları tələf edir.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "webmd" saytı məlumat verib. Məlumatı "Cursorinfo" agentliyi yayıb.
VEXAS sindromu adlandırılan xəstəlik nadir hallarda rast gəlinən, amma təhlükəli autoimmun xəstəlikdir və əsasən 50 yaşdan yuxarı olan kişilər arasında baş verir.
Yeri gəlmişkən, bu yaxınlarda aparılan tədqiqat göstərib ki, bu xəstəlik əvvəllər güman edildiyindən daha geniş yayılıb, həm də qadınlar arasında da rast gəlinə bilər.
VEXAS UBA1 geninin mutasiyası ilə bağlıdır, bu da irsi deyil, lakin immun hüceyrələrin pozulmasına və iltihabi əlamətlərin əmələ gəlməsinə gətirib çıxarır. Xəstəliyin xüsusiyyətləri onun abbreviaturasında əks edilib.
V- qan hüceyrələrində olan vakuollar;
E- E1 fermentinin mövcudluğu;
X- X xromosomunda mutasiya;
A- autoiltihab;
S- somatik mutasiyalar.
VEXAS-ın əlamətləri bunlardır: qızdırma, yorğunluq, təngnəfəslik, qulaqlar və burunda, qan damarlarında, limfatik düyünlərdə, ağ ciyər və ya gözlərdə qığırdaqlar.
VEXAS sindromu ilə bağlı digər yayılmış problemlərə ağ ciyər və böyrəklərin funksiyasının pozulması daxildir. Pasientlərdə görmə və eşitmə ilə bağlı problemlər yarana bilər, həmçinin hafizə funksiyası və koqnitiv qabiliyyət azala bilər.
Bəzi pasiyentlər həmçinin qarın nahiyəsində ağrılardan və ishaldan əzab çəkir, bunlar bağırsaqda iltihabla bağlı ola bilər.
Ölüm faizinin yüksək olması, pasiyentlərin yarısının diaqnoz qoyulduqdan sonra 5 il ərzində vəfat etməsi VEXAS sindromunu son dərəcə ciddi xəstəliyə çevirir və qısa müddətdə diaqnostika və müalicə tələb edir.
Hazırda VEXAS-ın spesifik müalicəsi yoxdur, lakin əlamətləri immunsupressiv terapiya və qan problemlərinin müalicə edilməsilə azaldıla bilər.
Pasiyentlərə qan köçürülməsi, antibiotiklər və iltihabəleyhinə preparatlarla dəstək vermək olar. Lakin yüksək ölüm faizi ilə əlaqədar olaraq yeni müalicə metodları inkişaf etdirilməlidir.