Hər il olduğu kimi bu il də xanım müəllimləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmək üçün məktəblərdə pul yığılması məsələsi gündəmə gətirən səs yazıları və xəbərlər yayılıb.
Valideyn komitələri 8 Martda müəllimlərin təbrik etmək üçün artıq pul toplamağa başlayırlar.
İddialara görə, Yasamal Rayonu Paşa Nəzərov adına 60 nömrəli məktəbdə bu dəfə xanım müəllimələrlə yanaşı, kişi müəllimlər üçün də pul yığılacaq.
Bu qeyri-adi və biabırçı iddia ilə bağlı “Yeni Sabah”a səs yazısı göndərilib.
“WhatsApp” vasitəsi ilə göndərilən səs yazısında xanım söyləyir ki, kişi müəllimlər üçün də pul yığlacaq: “Qızlar müəllimlərlə danışmışam, 8 martda qadınlarla yanaşı kişilər üçün də pul yığılacaq. Hərəsinə 50 AZN pul veriləcək” – xanım deyir.