Shafaqadogru.com APA-ya istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov "Fərqli fərdlər" konqresində deyib. O bildirib ki, uşaqların cəmiyyətə adaptasiyasında rastlaşılan ən böyük çətinlik bullinqdir:
"Bullinqə məruz qalan uşaqlar emosional baxımdan özünə qapanan olurlar. Qeyd etdiyimiz həssas qrupun bullinqə məruz qalma riski isə yüksəkdir. Ona görə də valideynlər övladlarını sosial mühitə daha tez adaptasiya etməlidirlər".