İsveç-Azərbaycan oyununda təxribata cəhd göstərən ermənilər saxlanılıblar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, təxribatçıların qaldırdıqları banner və əsgi parçası cəmi 30 saniyə havada qalıb.
Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları təxribatın qarşısını almaq üçün dərhal müdaxilə ediblər.
Hərəkətləri ilə ikrah hissi yaradan ermənilər stadiondan kənarlaşdırılarkən futbol fanatları tərəfindən təxribatçılığa görə ciddi reaksiya ilə qarşılaşıblar.
Xatırladaq ki, AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada ermənilər təxribata əl atıblar.
Belə ki, stadiona daxil olmuş ermənilər iki dəfə öz bayraqlarını və cəfəng şüarlar yazılmış plakat açmağa cəhd göstəriblər.
Buna millimizi İsveçdə tək qoymayan azarkeşlərimiz əngəl olublar və təxribatçıların bayraq açmaq həvəsləri baş tutmayıb. İsveç polisi də təxribata dərhal adekvat cavab verib.