Şəfəqə Doğru » Manşet » 8 il sonra insanlar "ölümsüz" olacaqlar - Xərçəngə tutulmayacaqlar (FOTO)

8 il sonra insanlar "ölümsüz" olacaqlar - Xərçəngə tutulmayacaqlar (FOTO)

8 il sonra insanlar "ölümsüz" olacaqlar - Xərçəngə tutulmayacaqlar (FOTO)

Google”un keçmiş mühəndisi, amerikalı Rey Kurtzveyl sensassiyaya səbəb olacaq açıqlama verib.

Shafaqadogru.com BAKU.WS-ə istinadən xəbər verir ki, kompüter elmləri mühəndisi yaxın zamanlarda texnologiyanın sürətlə inkişaf edəcəyini və "Təklik" (süni intellektin insan zəkasından üstün olduğu nöqteyi-nəzəri təsvir edən bir konsepsiya) adlanan vəziyyətin insanların əbədi yaşamasına kömək edəcəyini deyib:

“İnsanların səkkiz ildən sonra "ölümsüzlük" əldə edəcəyini proqnozlaşdırıq. Nanotexnologiya və robototexnika sahəsindəki inkişaflar qocalmanın qarşısnı alan "nanobotlara" səbəb olacaq. Bu miniatür robotlar yaşlanma səbəbilə bədəndə parçalanan və zədələnmiş hüceyrələri, toxumaları bərpa edəcək. Bununla da, insanlar xərçəng kimi xəstəliyə qarşı güclü immunitet əldə edəcək və bu xəstəliyə tutulmayacaq”.

Özünü həm də futurist (XX əsrin 10-20-ci illərində Avropa ədəbiyyatında avanqard cərəyan) adlandıran Rey Kurtzveyl, bu texnoloji yeniliyin artıq 2029-cu ildə testindən keçəcəyini bildirib.

Bunun üçün isə “Turing” testi tətbiq ediləcək. “Turing” bir texnologiyanı insandan fərqləndirmək üçün ekvivalent və ya çox ağıllı davranış nümayiş etdirmə qabiliyyətini ölçən testdir.

2045-ci ilə qədər isə yeni texnologiya tamlıqla hazır olacaq.

“21-ci əsrin ikinci onilliyində laboratoriyalarda yetişdirilən orqanları görürük. Növbəti səkkiz il ərzində qocalmanın qarşısını ala bilən nanobotları da görəcəyik. Beləliklə, insanlar xərçəng kimi ölümcül xəstəlikdən qorunacaqlar" - deyə, Kurtzveyl bildirib.