Şəfəqə Doğru » Manşet » Qalmaqallı uşaq evi ilə bağlı monitorinqlər başlayacaq — VİDEO

Qalmaqallı uşaq evi ilə bağlı monitorinqlər başlayacaq — VİDEO

Qalmaqallı uşaq evi ilə bağlı monitorinqlər başlayacaq — VİDEO
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xətai rayonu 3 saylı uşaq evinin sakini olan yeniyetmənin iddialarına münasibət bildirib.

Xezerxeber.az-ın məlumatına görə, komitədən bildirilib ki, uşaqlara yemək verilmədiyini, gətirilən ərzaqların mənimsənildiyini iddia edən yeniyetmə Psixiatriya Xəstəxanasında qısamüddətli müalicədən sonra, uşaq evinə qaytarılmayacaq, qardaşının himayəsinə veriləcək.

Həmçinin haqqında iddialar səsləndirilən 3 saylı uşaq evi ilə bağlı monitorinq aparılacaq.

Xatırladaq ki, uşaq evinin sakini olan yeniyetmə sonradan ciddi davranış pozğunluğu iddiası ilə respublika 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Məsələnin ictimailəşməsindən sonra aidiyyəti dövlət qurumları hərəkətə keçiblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Günel Nağdəliyeva bildirib ki, müəyyən araşdırmalar aparılıb. Yeniyetmə özünü normal hiss edir, nizam-intizam qaydalarına əməl edir, onda ciddi psixi pozuntular yoxdur. Sadəcə qısamüddətli müalicəyə tabe olacaq davranış pozğunluğu müşahidə edilir.

Səhiyyət Nazirliyi də yeniyetmə ilə bağlı səsləndirilən bu fikirləri təsdiqləyib. Onun adıçəkilən Psixiatriya Xəstəxanasında müalicə aldıqdan sonra 3 saylı uşaq evinə qaytarılmamasına qərar verilib.
Bir neçə gün bundan əvvəl 3 saylı uşaq evindən bildirilmişdi ki, yeniyetmə 12 yaşı olanda övladlığa verilib. İl yarım sonra həmin ailə tərəfindən uyğunsuz davranışları səbəbindən məhkəmənin qərarı ilə geri qaytarılıb.

Günel Nağdəliyeva qeyd edib ki, yeniyetməni əvvəllər övladlığa götürmüş ailə ilə də danışıqlar aparıblar. Ailənin yeniyetmə ilə bağlı fikirləri müsbət olub.

Şöbə müdirinin müavini vurğulayıb ki, Komitə tərəfindən 3 saylı uşaq evində monitorinqlərin keçirilməsi nəzərdə tutulur.

Daha ətraflı süjetdə: