“Mənə qarşı heç bir siyasi və ya başqa hücum olmayıb”.
Shafaqadogru.com xəbər verir ki, bu barədə baş nazirin ailəsinə məxsus “Haykakan Jamanak” qəzetinin dərc etdiyi açıqlamasında Nikol Paşinyanın oğlu Aşot Paşinyan danışıb.
“Təəssüf ki, haqqımda yayılan yalan məlumatları təkzib etməliyəm. O ki qaldı “məlumat”ın yayılmasına, məncə, ən təəccüblü olanı kimin kimdən sitat gətirməsidir. Və niyə? Heç maraqlanmıram. Hər kəsə ən xoş arzularımı bildirirəm”, - deyə o bildirib.
Xatırladaq ki, dünən Ermənistan spikeri Alen Simonyan öz “Facebook” səhifəsində baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücum edildiyini bildirilən paylaşım edib.
Sultan Laçın