Şəfəqə Doğru » Manşet » Gəncədə xəstəxanada yanğın olub, ölən var, araşdırma aparılır - VİDEO - YENİLƏNİB

Gəncədə xəstəxanada yanğın olub, ölən var, araşdırma aparılır - VİDEO - YENİLƏNİB

Gəncədə xəstəxanada yanğın olub, ölən var, araşdırma aparılır - VİDEO - YENİLƏNİB

TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib. 

TƏBİB-dən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.







Ad - 00:25


Qeyd edilib ki, hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir.

Bildirilib ki, artıq 58 nəfər təxliyə edilib və vəziyyət nəzarət altındadır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.