Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib.
Shafaqadogru.com xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hazırda Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynovun sədrliyi ilə araşdırılır.
O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Məhkəmənin növbəti iclası mayın 4-nə təyin edilib.
Xatırlatma: Mərhum sabiq icra başçısı və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə Nizaməddin Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb. Ramiz Tatarovun cəzası isə 8 il 3 aya endirilib. Ali Məhkəmənin qərarına əsasən, Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.