Çində 13 yaşlı qız ailəsinin bütün pulunu xərcləyib.
Shafaqadogru.com xarici mətbuata istinadən xəbər verir ki, ailəsi 13 yaşlı qızının pullu oyunlar aldığını öyrənib. Ana dərhal əri ilə birgə bank hesablarını yoxlamaq qərarına gəlib. Cütlük hesabında cəmi 7 qəpiyin qaldığını görüb. Məlum olub ki, qızları bankdakı 64 min dolları xərcləyib.
Belə ki, son bir neçə ayda qız ailəsinin pulu ilə minlərlə mobil telefon oyunu alıb. Valideynlər qızlarının xəbəri olmadan xərclədiyi pulların geri ödənilməsi üçün bir neçə şirkətlə əlaqə saxlasalar da, indiyədək onlardan cavab almayıblar.