İnternet resurslarında Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının Həkəri körpüsü üzərində quraşdırılmış Azərbaycan Bayrağını çıxarmalarını əks etdirən videogörüntülər yayılıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın “24 news” kanalının yaydığı həmin görüntülərdə rus hərbçilərinin Azərbaycan Bayrağını dirəkdən açaraq, götürdükləri diqqəti çəkir.
Shafaqadogru.com JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, çəkilişin iyunun 15-də Həkəri körpüsündə baş verən atışmadan əvvəl, yoxsa sonra aparıldığı məlum deyil. Əgər hadisə bu günlərdə baş veribsə, bu artıq rus hərbçilərinin özbaşınalığı və saymamazlığı ilə yanaşı, həm də Azərbaycana, onun atributlarına qarşı olan hörmətsizliyidir. Rəsmi Bakı buna mütləq aydınlıq gətirməli və rus hərbçilərinin cəzalandırılmasına nail olmalıdır. Üstəlik, Azərbaycan bu məsələdə acizlik göstərməməli və konkret addımlar atmalıdır.
Xatırladaq ki, iyunun 15-də Laçın Sərhəd Buraxılış Məntəqəsinin Ermənistan tərəfindən girişində Azərbaycan Bayrağının ucaldılması zamanı insident yaşanmışdı. Həmin vaxt Bayrağımızı asmaq istəyən sərhədçimiz ermənilər tərəfindən atəşə tutulmuşdu və yaralanmışdı. Bu hadisədən sonra Azərbaycan Laçın SBM-i tam bağlayaraq, hər iki tərəfə hərəkəti dayandırıb. SBM-in yalnız həmin təxribatçının cəzalandırlacağı təqdirdə açacağını bəyan edib.